Fəzli

16cı əsr Azərbaycanlı şair

Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farscaərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi.

Fəzli
Doğum tarixi 1543
Vəfat tarixi 1605
Atası Məhəmməd Füzuli
Fəaliyyəti şair
Vikimənbənin loqosu Fəzli Vikimənbədə

Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır.

Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir.[1][2][3] Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.[4]

Həyatı

redaktə

Kərbəla şəhərində dünyaya gələn Fəzlinin[5] dəqiq doğum tarixi dəqiq olaraq bilinməməkdədir. Lakin onun atasının ölüm tarixi olan 1556-cı ildən əvvəl vəfat etdiyi bəllidir. XVI əsr Osmanlı şairi və təzkirəçisi olan Əhdinin Təzkirə əsərində bildirilənə görə, o, 1563-cü ildə artıq yetişkin şair idi. Əhdi onun doğum tarixinin 1543-cü il olduğunu bildirməkdədir. Fəzli poetik təhsilinin böyük hissəsini öz atası Füzulidən almışdır. Əhdi Fəzlini savadlı və qənaətkar bir insan olduğunu bildirir.[1][4] Həmçinin qeyd edir ki, Fəzli dini elmlərdən çox dünyəvi biliyə sahib olmasına xüsusi önəm verirmiş. Ümumi qəbul edilən tarixə görə Fəzli 1605-ci ildə vəfat etmişdir.[4]

Şeiriyyatı

redaktə

Fəzli yaradıcılığının həcmi və keyfiyyəti məhdud olduğundan böyük şair kimi tanınmamaqdadır. O, öz şeirlərini əruz vəznində olmaqla Azərbaycan türkcəsində, farscaərəbcə yazmışdır.[1][4] Şeirlərinin əsas xüsusiyyəti digər şairlərdən seçilən bilən dərəcədə olan yaradıcılıq bacarığından geniş istifadədir. Özünün qitə formasında yazmış olduğu bir şeirində atasından fərqli olaraq sünniliyə yaxınlığı, şiə-qızılbaşlığa uzaqlığı hiss edilir. Onun bir digər fərqli xüsusiyyəti yaradıcılığında xronoqramlardan və şeirlərdə tapmacalardan geniş istifadə etməsidir. Onun qoşma (dini olmayan mənzum forması) şeirlərinin də Azərbaycandan sonrakı türk şairlərini ilhamlandırdığı güman edilir.[1][4] O, şeirlərinə tez-tez sevgi mövzularını daxil etdiyi üçün "eşq şairi" də adlandırılmışdır.[6]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir tək beytini, iki misrasını aşkarlayıb.[7]

Şeirlərindən nümunələr

redaktə

"Gərək" qoşması:[8]

Dünyadə gözəllər dəvasın qılan

Degil, ona necə yar olmaq gərək?

Xülqi-xoyi mələk, sureti insan

Şəkər sözlü, şirinkar olmaq gərək.

Sürahi gerdənli, Iəbləri qönçə,

Sedr vaseh ola, ol beli incə.

Miyanə boy ola, dalsı kənəkcə

Ol püstə dəhanı dar olmaq gərək.

Qırmızısı qırmızı, ağa tay ola,

01 qarası qara, qaşı yay ola,

Gül yanağı bədirlənmiş ay ola,

Sinəsində qoşa nar olmaq gərək.

Gözləri nərgis tək şöləvar ola,

Müjkanlan çöhrəsində xar ola,

Alıcı tərlantək səbükbar ola,

Mərifətdən xəbərdar olmaq gərək.

On beş yaşlı ola, miyanə boylu,

Çox lağər olmaya, qucağa dolu,

Qolu uzun, ağ əlləri hənalı

Sinəsi həm tazə qar olmaq gərək.

Xoş ona kim, ola bir belə yan,

Heç kimin yox, men tək olubdur zan.

Fəzliya, sən çağır ulu cabban,

Sənə məhşər günü yar olmaq gərək.


"Səbrim tükəndi, möhnətə qatlana bilməzəm" qəzəli:[8]

Səbrim tükəndi, möhnətə qatlana bilməzəm,

Su başdan aşdı, eşq oduna yanə bilməzəm.

Sən sərv boylu dilbəri tərk etməzəm əgər,

Ömrüm budağı cövr ilə utana bilməzəm.

Yarın başına ay ilə gün peykə çevrilir

Ol şəmə məndən özgə pərvanə bilməzəm.

Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib,

Başım gedərsə mən bu işi danə bilməzəm.

Vergil bu Fəzli kamına, fərdaya qoymagil,

Yoxdur vəfası ömrümün, inana bilməzəm.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Kılıç, 2014
  2. Karahan, 1996
  3. Encyclopædia Iranica, 2000
  4. 1 2 3 4 5 Hess, 2015
  5. AzərTAC, 2018
  6. Abbas, 2021. səh. 10
  7. "Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  8. 1 2 Anar, 1999.

Mənbə

redaktə