Kiberskvottinq (ing. Cybersquatting) – kimlərinsə qeydiyyatdan keçmiş ticarət və ya xidmət nişanı olan domen adlarının zəbt edilməsidir. Domen adların qeydiyyatından mənfəət əldə edənlər isə kiberskvotterlərdir.

İnternetdə "qara bazar"

redaktə

Kiberskvottinq son 3 ildə bütün dünyada çox geniş yayılıb. Ümumiyyətlə artıq "gözəl və məşhur adlar" üzrə İnternetdə nəhəng "qara bazar" formalaşıb (www.sedo.com). Məsələn, 2007-ci ilin noyabr ayında baha qiymətə satılan domen adlar siyahısına greeting.com ($350 min), sochi.info ($773 min), sochi-life.com ($1 mln) daxildirlər.

Kiberskvottinqə qarşı mübarizə

redaktə

Dünya təcrübəsi göstərir ki, əgər domen ad hər hansı ölkənin və ya şəhərin adını özündə əks etdirirsə, və ya hər hansı təşkilatən əmtəə nişanını daşıyırsa, digər tərəfdən bu zaman kiberskvottik (domen adlar vasitəsilə gəlir əldə etmək) və antitəbliğat fəaliyyəti sübut olunarsa, domen adın qeydiyyatçının əlindən alınaraq əsil sahibinə qaytarılması mümkündür. Dünyada domenlərlə bağlı mübahisələri araşdıran bir neçə mərkəz akkreditə edilmişdir. Baxılan mübahisələrin 90%-i Ümumdünya intelektual mülkiyyət təşkilatının (World Intelectual Property Organitation, WIPO) Arbitraj-vasitəçi mərkəzi və Milli Arbitraj Form (National Arbitration Forum, NAF) kimi təşkilatların payına düşür.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə