Kikboksinq

əlcəkli rəqiblərin yalın ayaqla yumruq və təpik vura biləcəyi tam təmaslı döyüş idmanı

Kikboksinq — idmanı müxtəlif texnikaların birləşdiyi müdafiə idmanıdır. Tamamilə fərqli olan 2 idman növünün-KarateMuay Tay idman növlərinin birləşməsindən əmələ gələn gücə və texniki biliyə əsaslanan idmandır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücum üçün deyil eyni zamanda müdafiə üçündür. Təpik və yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək, kask və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.

Kikboksinq
Ümumi məlumatlar
Mənşə ölkəsi
Xüsusiyyətləri
Cinsiyyətə görə KişiQadın
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kikboksinqin Növləri

redaktə

Kikboksinqin 3 əsas forması ayrılır: Semi contact, light contact, full contact

Semi contact

Bu növdə adətən 57 kq-dan 94 kq-a və daha çox ağırlıqlı idmançılar döyüşür. Hər biri 2 dəqiqə olmaqla döyüş 3 raund keçirilir. Başın üstü, boyun və bel hissələrə vurmaq qadağandır.

Light contact

Digər xüsusiyyətləri Semi contactla eyni olsa da, fərqli olaraq bu növdə sürət daha vacibdi. Və adətən döyüş dayandırılmır. Xal hesabı ilə və ya nakautla bitir.

Full contact

Adından da göründüyü kimi bu növdə rəqiblə sonuna qədər mübarizəyə başlanılır. Kikboksinqin ən peşəkar növüdür.

Azərbaycanın tanınmış kikboksçuları

redaktə
Adı və soyadı Nailiyyətlər Ləqəb
1 Pərviz Abdullayev 6 qat dünya çempionu Kobra
2 Eduard Məmmədov 25 dəfə dünya çempionu Ağ Canavar
3 Zabit Səmədov Dünya Çempionu Mauqli
4 Alim Nəbiyev Dünya Çempionu

İstinadlar

redaktə