Politeizm (yun. πολύςçoxrəqəmli, çox + θεόςTanrı, ilahiçoxtanrılıq) – iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşünün ümumi adı. Politeizm monoteizmateizmə zidd dünyagörüşüdür.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Qədim dünyada Misir, YunanıstanRoma inancları çoxtanrılı olub. Xristianlığın, sonra isə İslamın gəlişi ilə bu çoxtanrılı inanclar böyük ölçüdə ortadan qalxıb. Müasir dövrdə Hindistan və Tibet inanclarında, buddizmdə, Afrika qəbilələrinin inanclarında politeizm vardır.

Politeist dinlərdə və bir çox mistik-fəlsəfi təlimlərdə yaradan Tanrı konkret bir şəxsiyyət deyil, siması olmayan mütləq varlıqdır. Bu varlıq mövcud olan dünyaya bilavasitə təsir etmir, onda təzahür olmur, çünki o bir ideyadır, ruhdur. Ona görə çoxlu tanrılar var ki, onlar dünya işlərini düzənləyir, çeşidli sahələrə görə cavabdehdirlər. Bu tanrılardan panteonlar yaranır və onlara ibadətlər edilir. Bundan başqa, politeist dinlərdə bəzi hallarda tale kimi tanınan ümumi qanunauyğunluq anlayışı da vardır. Bu qanunauyğunluq mütləqdir və ona kainatda hər şey — o cümlədən tanrılar və insanlar da tabedir. Ona fərqli mədəniyyətlərdə fərqli adlar verilir: Qədim yunanlarda "Loqos", hindlərdə "Rita" və s. Tale heç kim tərəfindən yaradılmayıb, əzəldən mövcuddur.

Müasir dövrdə hind dini-fəlsəfi ənənəsi politeist dünyagörüşünün ən parlaq örnəyidir. Hind dünyagörüşü və düşüncə tərzi öz yönümü və dəyərlərini dəyişməyə meyilli olub. Orada zaman və şəraitdən asılı olaraq, təbiət qüvvələri simalaşdırılıb, çeşidli tanrılarla eyniləşdirilirdi. Məsələn, Riqvedada əvvəlcə İndra adlı tanrı yüksəlir və bütün başqa tanrılar onun təzahürü və atributları kimi təqdim edilir. Sonra isə tarix dəyişdikcə Varuna və başqa tanrılar həmin keyfiyyətlərə malik olur. Bu cür hallara hind tarixində çox rast gəlmək olar.

Hind ənənəsinin bir çox müddəaları politeist mühitdə inkişaf edən başqa dünya təlimləri ilə oxşar cəhətləri vardır. Belə ki, Braxma-Samxitaya görə, mütləq varlıq kimi təsvir edilən Krişna muxtəlif forma və təzahürlərə girə bilir. Yaratmağa başlayanda, o Maxa-Vişnunun formasını alır. Onun hər bir nəfəs üfürməsinin nəticəsində sonsuz sayda kainatlar yaranır (Brahma Samhita 5: 48). Sonra "onun göbəyindən qızıl şanagüllə bitir" (Brahma Samhita 5: 18). Bu şanagüllədə ilk varlıq olan Braxma doğulur. O Krişnaya meditasiya edərək, ondan gələcəkdə yaradılış ilə məşğul olmaq üçün xüsusi imtiyazlar alır. Beləliklə, o yaradan olur, Krişnanın özü isə dünyalarda hədsiz uzaqlarda qalan bir varlığa çevrilir.

Bu cür ideyalara antik fəlsəfədə də rast gəlmək olar. Buna misal Platonun "Dialoqlar"ıdır. Onun sonraki davamçısı Plotin isə "Enneadalar"da bu ideyaları sistemləşmiş şəkildə təqdim etmişdir. Plotina görə, Vahid işıqla müqayisə edilən effektlərlə özündən bir neçə substansiya törədir. Buna yaradılış yox, emanasiya deyilir. Emanasiya nəticəsində Vahiddən maddi dünya üzərinə enən bir neçə substansiya törənir. Maddi aləm isə Plotinə görə işığın yoxluğu, zülmətdir. Emanasiyanın birinci pilləsi Əqldir. O Vahidə daha yaxın olduğuna görə, onun nuru ilə qidalanır və bütün ideyaların toplaşan bir məkanıdır. Emanasiyanın davamı kimi Əqldən Ruh yaranır. Ruh bir tərəfdən Əqlə yönəlib ideal aləmlərə aiddir, digər tərəfdən isə maddi aləm ilə təmasdadır və zülmətə yaxınlaşır. Bu təmasa görə Ruh yaradıcılıq keyfiyyətinə malikdir. Beləliklə Plotinin fəlsəfəsində Vahid transsendent maddi aləmdən uzaq olan bir ilk varlıq kimi düşünülür. Yaradıcılıq isə yalnız onun emanasiyaları əlaqəlidir (Enneadalar V, 4).

Mənbə

redaktə
  • Aydın Əlizadə. İbrahimi ənənələrində və krişnaizmdə monoteist konsepsiyasının müqayisəli təhlili. Bakı: AMEA Fəlsəfə və Hüquq institutunun "Şərq-Qərb: Sivilizasiyaların dialoqu" jurnalı, N1 (2). 2006, s. 188–189.