Vaynsberq (alm. Weinsberg‎) — Almaniyanın Baden-Vürtemberq torpağında şəhər. Şəhər öz şərabı ilə tanınır.

Şəhər
Vaynsberq
Weinsberg
Gerb
Gerb
49°09′07″ şm. e. 9°17′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 22,22 km² (2003)[2]
Mərkəzin hündürlüyü 219 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.290 nəf. (31 dekabr 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 7134
Poçt indeksi 74189
Nəqliyyat kodu HN
Digər
weinsberg.de
Xəritəni göstər/gizlə
Vaynsberq xəritədə
Vaynsberq
Vaynsberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ştutqart inzibati ərazi dairəsinin Haylbronn rayonunda yerləşir və Raum-Vaynsberq bələdiyyələr birliyinə daxildir. Əhalisi 2012-ci ilin sonuna olan məlumata görə 11349 nəfərdir. Sahəsi 22,22 km² təşkil edir. Şəhər üç rayona bölünmüşdür.

Şəhərin hündür yerində Vaybertroy (alm. Weibertreu‎ — qadın sədaqəti) qalasının qalıqları yerləşir.

Vaynsberqin mühasirəsi

redaktə
 
Vaynsberq kilsəsində saxlanılan və şəhərin 1140-cı ildəki mühasirəsini təsvir edən rəsm əsəri

Köln kral salnaməsində (lat. Chronica regia Coloniensis) yazılanlara görə, 21 dekabr 1140-cı ildə Vaynsberqi mühasirəyə alan imperator III Konrad şəhərin sərt müqavimətindən qəzəblənərək oranın bütün kişi sakinlərinə ölüm hökmü çıxarır və yalnız qadınlara bellərində apara biləcəkləri qədər yüklə şəhəri tərk etməyə icazə verir. Qadınlar isə öz ərlərini bellərinə alaraq şəhəri tərk etməklə onların həyatını xilas edirlər. Kral isə sözünə sadiq qalaraq buna mane olmur. Şəhərin kilsəsində həmin hadisəni təsvir edən 1659-cu ildə çəkilmiş rəsm asılmışdır.

Qardaşlaşmış şəhərlər

redaktə
 
Vaynsberqlə qardaşlamış şəhərlərin gerbləri təsvir olunan lövhə

Vaynsberq Fransanın Arden departamentində yerləşən Karinyan və İtaliyanın Asti əyalətindəki Kostilyole-d'Asti şəhərləri ilə rəsmi əlaqələrə malikdir. Şəhər, həmçinin Böyük Britaniyanın Keyvort və ABŞ-nin Minnesota ştatının Leyk-Kristal şəhərləri ilə qeyri-rəsmi əlaqələr yaratmışdır ki, bu da şəhərlər arasındakı tələbə mübadilə proqramları nəticəsində mümkün olmuşdur.

ABŞ-nin Ohayo ştatındakı Vaynsburq (ing. Winesburg) şəhəri XIX əsrin əvvəllərində Vaynsberqin şərəfinə adlandırılmış, 1833-cü ildə isə adı indiki yazılış formasına dəyişdirilmişdir.

İstinadlar

redaktə