Qız (Molla Cümə)

Qız
Müəllif: Molla Cümə
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.
“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.
“Sey” - səni, loğman səni, hər dosta sirdaşa Cəlal.
“Cim” - Cəlil-Cabbar yandırmasın cəsədin atəşə, Cəlal.
“Hey” - həkimsən, hikmətin düşübdür dildaşa, Cəlal.
“Xey” - xudam xəlq eyləmiş nə gözəl əxlaq sana,
“Dal” - deyəllər əqli olan məclisdən çırağı sana,
“Zey” - zəlil Zeynəb beynavalar basdılar ağrı sana,
“Rey” - rəbbin həzrətləri versin ömür badı sana,
“Zey” - zaval yetirməsin aləmlərin xaliqi sana.
“Sin” - səni tuş etməsin bed əməllərə, Cəlal.
“Şin” - şəfa xəstələrə həmdərdlərin dəvasısan,
“Sey” - salıbsan aləmə səda, Cəlal.
“Zey” - zərif xoy-xasiyyətin Adəm atanın nəvəsisən,
“Dey” - dalıb dəryalara möhrü-mühüt qəvvasısan.
“Zey” - zülümət çek qəlblərin bəxşi fələyin pərvanasısan.
“Ayın” - Əli, Ömərə, Osmana hədiyyə götürsün, Cəlal.
“Qey” - Qərbə, Şərqə salmışam dostum, sənin adın.
“Hey” - fələk faş eyləmiş külli Gürcüstana adın,
“Kaf” - keçibdi Qax, Kuteyis, Tiflis, Gəngə, Şəkistana adın.
Bakı, Quba, Dağıstana adın.
“Ley” - ləbin Əbdülhəşim döndərmiş büstana adın.
“Min” - Mirzə Məhəmmədi yetirsin sirdaşa Cəlal.
“Nun” - Nəbi Məhəmməd xudan yetirsin çıxasan başa Cəlal.
“Vey” - vurub otağını ol tamaşa etsin Cəlal.
“Lav” - layıxlı keyf çəkək işində həmişə Cəlal.
“Yey” - yazıb bu kəlməni sən kimi qardaşa Cəlal.