Çənə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnsan çənəsi

Çənəağız ətrafında yerləşən, çeynəmə funksiyasını[1] yerinə yetirən sümükdür.

Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir.[2] Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir.

Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir. Bəzi ilanlarda böyük ovu udarkən alt çənə yerindən ayrılaraq aşağı enə bilir.

  1. Smith, M.M.; Coates, M.I. 10. Evolutionary origins of teeth and jaws: developmental models and phylogenetic patterns // Teaford, Mark F.; Smith, Moya Meredith; Ferguson, Mark W.J. (redaktorlar ). Development, function and evolution of teeth. Cambridge: Cambridge University Press. 2000. səh. 145. ISBN 978-0-521-57011-4.
  2. Allin EF. "Evolution of the mammalian middle ear". J. Morphol. 147 (4). December 1975: 403–37. doi:10.1002/jmor.1051470404. PMID 1202224.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]