Çeçenistan üsyanı (1940-1944)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çeçenistan üsyanı (1940-1944)
Şərq cəbhəsiRus-çeçen münaqişəsi
Tarix yanvar 1940 - 15 dekabr 1944
Yeri Çeçen-İnquş MSSRDağıstan MSSR, SSRİ
Nəticəsi

Sovet İttifaqının qələbəsi

Münaqişə tərəfləri

Çeçenistan-İnquşetiya Müvəqqəti Xalq İnqilabı Hökuməti
Dəstəklədi:
Almaniya

Sovet İttifaqı
58-ci ordu

Komandan(lar)

Həsən İsrailov 
Mairbek Şərifov 

General leytinant Vasili Xomenko 

Tərəflərin qüvvəsi

5 000 (noyabr 1941)
6540-18000(fevral 1943)[1]
50 alman və almanlar tərəfindən təlim keçilən təxribatçı[2][3]

110 000 (Mərcimək əməliyyatında iştirak edən NKVD qüvvələri)

İtkilər

657 nəfər ölü
(müxtəlif elmi araşdırmalara görə 4368 nəfər ölüb[2])
3875 nəfər tutulub (QARF[4])

269 ölü-165 döyüşçü, 104 qeyri döyüşçü (QARF[4])
bəzi müstəqil təxminlərə görə 12 000 ölü[3]

Çeçenistan üsyanı (1940-1944)Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında Sovet hakimiyyətinə qarşı muxtar bir üsyan idi. Həsən İsrailovun rəhbərliyi altında 1941-ci ilin iyun ayında başlayan üsyan 1942-ci ildə Almaniyanın Şimali Qafqazı işğalı zamanı qızğın hala gəldi və 1944-cü ilin əvvəllərində vaynax xalqlarının (Çeçenlərİnquşlar) öz torpaqlarından Sovet İttifaqının müxtəlif ərazilərinə sürgün edilməsi ilə başa çatdı. Ən az 144 000 insanın ölümü ilə nəticələnən üsyan dağınıq da olsa, uzun illər dağlıq ərazilərdə dəvam etdi.

1939-cu ilin sonlarında Sovet İttifaqının Finlandiyaya qarşı Qış müharibəsindəki uğursuzluqlarından ruhlanan Çeçenistanın keçmiş kommunist ziyalısı Həsən İsrailov və qardaşı Hüseyn sovetlərə qarşı silahlı vahid partizan hərəkatı təşkil etmək üçün çalışdıqları Çeçenistanın cənub-şərqindəki dağlarda partizan bazası qurdular. 1940-cı il fevralın əvvəlinə qədər İsrailovun üsyançıları Şatoy rayonunda bir neçə kəndi ələ keçirdilər. Üsyançı hökumət İsrailovun doğma kəndi, Qalançoyda quruldu.[3] Az sonra NKVD-nin onlara qarşı göndərdiyi cəza dəstələrini məğlub edərək müasir silahları ələ keçirdilər.[5]

İsrailov nəyə görə bu döyüşün içində olduğunu belə izah edirdi:

"Mən öz xalqımın qurtuluş müharibəsinin lideri olmağa qərar verdim. Mən çox yaxşı başa düşürəm ki, nəinki çeçen-inquş torpaqlarına, Qafqazın bütün xalqlarına qırmızı imperializmin ağır boyunduruğundan azad olmaq çətin olacaq. Ancaq ədalətə olan səmimi inamımız və Qafqazın və bütün dünyanın azadlıq sevən xalqlarının dəstəyinə inamımız sizə mənasız gəlsə də, həyatımdakı yeganə düzgün tarixi addımdır. Cəsarətli finlər indi Böyük Əsarət imperiyasının kiçik, lakin azadlığı sevən bir xalqına qarşı gücsüz olduğunu sübut edir. Qafqazda ikinci Finlandiyanızı tapacaqsınız və bizdən sonra digər məzlum xalqların azadlığını izləyəcəksiniz"[6]

"Artıq iyirmi ildir ki, sovet hakimiyyəti xalqımı qruplar şəklində məhv etmək məqsədi ilə yollar: əvvəlcə qulaqlar, sonra mollalar və 'quldurlar', sonra burjua-millətçilər. İndi əminəm ki, bu müharibənin əsl obyekti bütövlükdə millətimi məhvidir. Buna görə xalqımın azadlıq mübarizəsində liderliyi öz üzərimə götürməyə qərar verdim."[7][8]

Almaniyanın 1941-ci ilin iyununda SSRİ-yə hücumundan sonra qardaşlar 1941-ci ilin yayında 41 müxtəlif mitinq təşkil edərək "Çeçenistan-İnquşetiyanın Müvəqqəti Xalq İnqilabı Hökuməti" adı altında yerli tərəfdarları üsyana cəlb etdilər və həmin ilin ortalarında orta hesabla Qroznı, QudermesMalqobeki əhatə edən beş hərbi rayonda 5.000 partizan və ən azı 25.000 rəğbətpərəsti öz ətrafında toplaya bildilər. Bəzi bölgələrdə kişilərin 80% -ə qədəri üsyana qoşuldu. Sovet İttifaqının üsyançılara qarşı xalça bombası taktikasından istifadə etdiyi və ilk növbədə mülki əhalini öldürdüyü məlumdur.[3] Kütləvi sovet bombardmançı hava hücumları 1942-ci ilin yazında iki dəfə Çeçen-İnguş dağ kəndlərini hədəf aldı, bir neçə kəndi tamamilə dağıdıb və çox sayda qoca və uşaq da daxil olmaqla sakinlərinin əksəriyyətini qətlə yetirdi.[5]

28 yanvar 1942-ci il tarixdə İsrailov bolşevik barbarlığı və rus despoztizmi ilə silahlı mübarizəni genişləndirmək üçün çeçen-inquşlar daxil, Qafqazın 11 əsas etnik qrupunu ətrafında birləşdirən Qafqaz Qardaşları Xüsusi Partiyasını (OKPB) yaratdı.[9] Həsən İsrailov nizam və nizam-intizamı qorumaq üçün partizan döyüşçüləri arasında bir kod hazırladı:

"Düşmənlərdən Qafqazın ən yaxşı övladları olan doğma qardaşlarımızın qanı üçün qisas alın; gizli agentləri və NKVD-nin digər məlumatçılarını amansızlıqla məhv edin; [Partizanlara] gecəni etibarlı mühafizəçilərin təhlükəsizliyi olmadan evlərdə və ya kəndlərdə keçirməyinizi qadağan edin"[6]

1942-ci ilin fevralında başqa bir çeçen keçmiş kommunisti Mairbek Şərifov Şatoyda üsyan təşkil etdi və İtum-Kalini ələ keçirməyə çalışdı. O, alman Vermaxtının gözlənilən gəlişinə güvənərək qüvvələrini İsrailovun ordusu ilə birləşdirdi. Qonşu Dağıstanda üsyançılar NovolakDilim kəndlərini də ələ keçirdilər. Qiyam Qızıl Ordunun bir çox çeçen və inquş əsgərini ordudan istefa verməyə məcbur etdi. Bəzi mənbələr Qızıl Orduda döyüşən dağlıların sayı, ordudan istefa verən dağlıların sayından daha az idi. Bu müddətdə 62 750 nəfər Qırmızı Ordudan istefa vermişdi.[2] Əslində bu rəqəm müharibənin bütün dövrü üçün bütün Şimali Qafqaza aiddir.[10]

Alman dəstəyi

[redaktə | mənbəni redaktə et]

25 avqust 1942-ci ildə Abverin Şamil əməliyyatı üçün doqquz alman təlimli təxribatçı Qalışki bölgəsindəki Berjki kəndi yaxınlığında eniş etdi və burada 13 yerli çeçeni öz tərəflərinə çəkə bildi. Daha sonra avqust və sentyabr aylarında daha 40 alman agenti müxtəlif yerlərə paraşütlərlə atıldılar. Bu qrupların hamısı sadəcə 100-ə qədər çeçendən fəal kömək ala bildi. Onların vəzifəsi geri çəkilən Sovetlər tərəfindən məhv edilməməsi üçün Qroznıdakı neft emalı zavodunu ələ keçirib qorumaq və Alman Birinci Panzer Ordusu gələnə qədər oranı əldə saxlamaq idi. Ancaq alman hücumu yalnız etnik ruslardan ibarət olan İnquşetiyanın Malqobek şəhərini ələ keçirdikdən sonra dayandırıldı.[5] Almanlar İsrailovla əlaqəyə keçmək üçün səylərini əsirgəmədilər, lakin inqilabi hərəkatın nəzarətini almanlara verməkdən imtina etməsi və Almaniya tərəfindən Çeçenistanın müstəqilliyini tanınmasında israr etməsi bir çox almanın İsrailovun planlarını etibarsız və qeyri-real hesab etməsinə səbəb oldu. Almanlar Çeçenistanda gizli əməliyyatlar - Qroznıdakı neft yataqlarının təxribatını həyata keçirə bilsələr də - Alman-Çeçen ittifaqı cəhdləri əngəllənmişdi.[2]

Çeçenlərin əslində almanlarla müttəfiq olması şübhə doğurur və ümumiyyətlə yalan hesab olunur.[11][12][13] Doğrudur almanlarla əlaqə qurmağa çalışdılar. Ancaq çeçenlər və faşistlər arasında dərin ideoloji fərqlər var idi (imperializmə qarşı öz müqəddəratını təyin etmə). Mairbek Şərifov Reyxin işğalındakı Şərq ərazilərinin nazirliyinə "Qafqazın azad edilməsi yalnız bir kolonizatorun digəri ilə əvəzlənməsi deməkdirsə, qafqazlıların bunu (çeçenlərin və digər qafqazlıların almanlara qarşı nəzəri mübarizəsi) sadəcə milli azadlıq mübarizəsində yeni bir mərhələ hesab edəcəyi" barədə qəti xəbərdarlıq verdi.[14]

1943-cü ildə Almanlar Şərq Cəbhəsində geri çəkilməyə başlayanda bir çox keçmiş üsyançı amnistiya müqabilində Sovetlərin tərəfinə keçdikçə dağ partizanları talelərinin dəyişdiyini gördü. 6 dekabr 1943-cü ildə Sovet əks-kəşfiyyat agentləri Çeçenistanda qalan Alman əməliyyatçılarına qarşı əks-kəşfiyyat həmlələriylə və onları həbs etməsiylə Almaniyanın Çeçenistan işğalını sonlandırdı. Almaniyanın Qafqazdan geri çəkilməsindən sonra Çeçen-İnquş MSSR-də, eləcə də digər respublikalardan olan təxminən 500.000 çeçen və inquş xalqı SibirOrta Asiyaya (əsasən Qazaxıstan SSR-ə) məcburi şəkildə köçürüldü, nəticədə deportasiya olunanlar arasında çoxlu sayda insan həlak oldu. Deportasiya olunmayanların çoxu yerindəcə qətlə yetirildi. Ölkənin dağlıq bölgələrində Xaybax qırğını kimi kütləvi vəhşiliklər baş tutdu.

Növbəti yaza qədər Çeçen-İnquş MSSR ləğv edildi; bir sıra çeçen və inquş yer adları rus adları ilə əvəz edildi; məscidlər və qəbiristanlıqlar dağıdıldı və çox sayda tarixi çeçen mətni yandırıldı[15][16]. Qafqaz boyunca təxminən 700.000 nəfər (Dalxat Ediyevə görə[17] 724.297: 479.478 çeçen, 96.327 inquş, 104.146 kalmık, 39.407 balkar və 71.869 qaraçaylı) deportasiya edildi. Məcburi köç zaman onların çoxu öldü və insanların sürgün edildiyi digər bölgələrdə olduğu kimi Sibirdəki kəskin hava şəraiti daha çox adamı öldürdü.

SSRİ Xalq Daxili İşlər Komissarlığı NKVD 1944-1948-ci illərdə öldürülmüş 144,704 nəfərin statistikasını verir (sürgün edilən millətlərin 23.5%-i), baxmayaraq ki, bu, Toni Vud,Con Dunlop, Moşe Qammer və digər müəlliflər tərəfindən çox uzaq bir qiymətləndirmə kimi rədd edilir.[18] Təkcə çeçenlərin ölümünə dair məlumatlar (NKVD rəqəmləri istisna olmaqla) təxminən 170.000 ilə 200.000 arasında dəyişir,[5][19][20][21] bu da 4 il ərzində ümumi çeçen əhalisinin üçdə birindən çoxunun öldürüldüyü mənasına gəlir. 2004-cü ildə Avropa Parlamenti deportasiyanı soyqırım aktı kimi tanıdı.[22]

Ancaq bəzi üsyançı qruplar müqaviməti davam etdirərək dağlarda qaldılar. Üsyançı qruplar Qazaxıstanda da yaradıldı.[2] İsrailov 1944-cü ilin dekabrında iki adamı tərəfindən xəyanət edildi və öldürüldü. Ölümündən sonra müqavimətə 1947-ci ildə əsir düşən Şeyx Qureyiş Belhorev rəhbərlik etdi. Partizan hərəkatının qalıqlarını yatırtmaq yalnız 1950-ci illərin ortalarında mərkəz tərəfindən bir neçə təhlükəsizlik dəstəsi göndərildi.[5]

  1. "Операция "Чечевица"". 2007-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  2. 1 2 3 4 5  (rus.) Эдуард Абрамян. Кавказцы в Абвере. М. "Яуза", 2006
  3. 1 2 3 4 http://www.hro.org/editions/karta/nr9/avt1.htm Arxivləşdirilib 2008-05-27 at the Wayback Machine Александр УРАЛОВ (А. АВТОРХАНОВ). Убийство чечено-ингушского народа. Народоубийство в СССР
  4. 1 2 "Игорь Пыхалов. За что Сталин выселял народы". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  5. 1 2 3 4 5 Dunlop. Russia Confronts Chechnya, pp 62–70
  6. 1 2 Burds, Jeffrey. "The Soviet War against "Fifth Columnists": The Case of Chechnya, 1942–4" (PDF). Journal of Contemporary History. 42 (2). 2007: 267–314. doi:10.1177/0022009407075545. 2009-09-04 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  7. Avtorkhanov. Chechens and Ingush. p. 181-182
  8. Wood, Tony. Chechnya: The Case for Independence. Page 34
  9. Alternative Namen waren Vereinigte Partei Kaukasischer Brüder oder „in den Quellen“ auch Nationalsozialistische Partei Kaukasischer Brüder, vgl. Perović, S. 457-58 (Fußnote 32) Arxivləşdirilib 2018-11-08 at the Wayback Machine.
  10. Николай Бугай. "Итоги сталинского правления в государственной национальной политике. 1920–1950-е годы" (PDF). «Белые пятна» российской и мировой истории (rus) (5–6). 2013: 62. October 18, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 31, 2018.
  11. Avtorkhanov. Chechens and Ingush. p183
  12. Wood, Tony. Chechnya: The Case for Independence.p36
  13. Gammer. Lone Wolf and Bear. p. 161-165
  14. Avtorkhanov. Chechens and Ingush. p. 183.
  15. Gammer, The Lone Wolf and the Bear, p182
  16. Jaimoukha. Chechens. p212
  17. Ediev, Dalkhat. Demograficheskie poteri deportirovannykh narodov SSSR, Stavropol 2003, Table 109, p302
  18. Wood, Tony. Chechnya: the Case for Independence. page 37-38
  19. Nekrich, Punished Peoples
  20. Gammer. Lone Wolf and the Bear, pp166-171
  21. "Soviet Transit, Camp, and Deportation Death Rates". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  22. "European Parliament recognizes deportation of Chechens and Ingushetians ordered by Stalin as genocide". Caucasian Knot. 1 March 2004. 15 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 May 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]