Şamil Aladin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şamil Aladin
Şamil Alâdin
Doğum tarixi
Doğum yeri Bağçasaray, Rusiya imperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Simferopol, Ukrayna
Milliyyəti Krım tatarı
Təhsili
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1927–1985
Mükafatları "Vətən müharibəsi" ordeni
shamilalyadin.com

Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir.[1]

Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir.

Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir.

1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir. II Dünya müharibəsindən əvvəl hələ Krımda yaşama haqqına sahib ikən şer və hekayələri nəşr edilməkdə idi. Romanlar, hekayələr və məqalələri ilə Krım tatar ədəbiyyatının inkişadında təsirli olmuşdur.

Yazıçının mövzusunu real həyatdan alan 1957-ci ildə “Təsəlli və Çauş oğlu” adlı hekayələri, 1961-ci ildə Əgər sevsən, 1969-cu ildə “Rüzgardan sallanqan fənərlər” adlı romanları nəşr edilmişdir. Daha sonra “Almaz və fırtına tınqan son” adlı hekayələri işıq üzü görmüşdür.

1979-cu ildə yazdığı “İblisin ziyafətinə dəvət“ adlı hekayəsində isə 1913-cü ildə vəhşicə öldürülən Hüseyn Şamil Toktarqazinin həyatı tarixi sənədlərə əsaslandırılaraq nəşr edilmişdir.

Aladinin Krım ədəbiyyatının birbaşa II Dünya müharibəsindən sonrakı dövrünü incələyən yazılarının toplandığı “Yüksək xidmət” (1983) adlı əsəri Krım ədəbiyyat tarixi baxımından önəmli boşluğu qapadan əsər olaraq qəbul edilir.

Aladin 1995-ci ildə “Mahuldürge bardım, ağlab qayıtdım” hekayəsini yazmışdır.[2]

  1. "Şamil Aladin". biyografi.net. 10 iyun 2003 tarixində arxivləşdirilib.
  2. "Şamil Aladin (1912-1996) qırımtatar yazıcısı". shamilalyadin.com. 3 iyul 2010 tarixində arxivləşdirilib.