Abdullah ibn Səba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abdullah ibn Səba
ərəb. عبد الله بن سبأ
Doğum tarixi 600
Doğum yeri
Vəfat tarixi 670
Dini Yəhudi
Fəaliyyəti ilahiyyatçı

Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ‎; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur.

Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu tanınmış Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir. Alim adıkeçən əsərdə sübuta yetirir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi Səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsdən rəvayət edib. Seyf ibn Ömər də İslam Rical mənbələrində yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır.[1]

Müsəlman tarixçiləri Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm sünni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. O, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idi[2]. O, rəğbət obyekti olaraq Əli ibn Əbu Talibi seçir. Əlinin fəal siyasi tərəfdarı olmuş, onun xeyrinə fəal təbliğat aparmışdır[3].

Abdullah ibn Səba həm də Məhəmmədin Əlidə zühur etməsi, Əlinin ruhunun sonrakı imamlarda öz təzahürünü tapması və qiyamət günündə Əlinin yer üzünə dönəcəyi ilə bağlı təlimin əsasını qomuşdur. Amma Əli Abdullahın təlimini dəstəkləməmişdir. Geniş yayılmış rəvayətə görə onu ilahiləşdirdiyinə görə Əli Abdullanı və onun ardıcıllarını lənətləmiş, hətta onu yandırmağı əmr etmişdir[4].

  1. "Abdullah ibn Səba mifdirmi?". islam.az. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  2. Али-заде А. А. Сабаиты // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0)
  3. ʿAbd Allāh b. Sabaʾ / Hodgson, M.G.S. // Encyclopaedia of Islam. 2 ed : : in 12 vol. / edited by H.a.R. Gibb; J. H. Kramers; E. Lévi-Provençal; J. Schacht; B. Lewis & Ch. Pellat. Assisted by S. M. Stern (pp. 1—330), C. Dumont and R. M. Savory (pp. 321-1359). — Leiden : E.J. Brill, 1986. — Vol.
  4. Kaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]