Albaniya krallığı (1939–1943)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Protektorat
Albaniya krallığı
it. Regno albanese
alb. Mbretnija Shqiptare
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Böyük Albaniya 1942-ci ildə
Böyük Albaniya 1942-ci ildə
 
 

Paytaxt Tirana
Dilləri Alban dili, italyan dili
Rəsmi dilləri alban, italyan
İdarəetmə forması monarxiya
{{{rəhbər_titulu}}}
 • 1939—1943 III Viktor Emanuel
Tarixi
 • 7 aprel 1939 İtaliyanın işğalı
 • 9 sentyabr 1943 Almaniyanın işğalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Albaniya krallığı (alb. Mbretnija Shqiptareit. Regno albanese) — 1939-cu ildən 1943-cü ilədək mövcud olmuş İtaliyanın protektoratı. Dövlət başçısı İtaliya kralı III Viktor Emmanuel sayılırdı, faktiki olaraq isə Albaniyanı italyan qubernatorlar idarə edirdi. Albaniyanı birləşdirilməsi Böyük İtaliya yaradılması planının tərkib hissəsi idi.

İkinci dünya müharibəsinin başlamasına 5 ay qalmış İtaliya 7 aprel 1939-cu ildə[1] Albaniyanı işğal etdi. Alban ordusu İtaliya qoşunlarını silahlı müqaviməti ilə qarşıladılar, amma o, rəqibə qarşı heç nə edə bilmədi. 1939-cu il aprelin 9-da Albaniyanın kralı Əhməd Zoğu Yunanıstana qaçdı.[2] Albaniya 1925-ci ildən etibarən İtaliyanın müttəfiqi idi, lakin Benito Mussolini Almaniyanın genişlənməsinin ardınca (AvstriyaÇexoslovakiyanı özlərinə birləşdirilməsindən sonra) öz imperiyasını yaratmağa çalışaraq Albaniyanı işğal etmək qərarını qəbul etdi. Sonuncu müstəqil dövlət kimi mövcudluğuna son qoydu və İtaliyanın protektoratı statusunu aldı. Albaniya İtaliyanın tərkibində muxtar ərazi idi, zaman keçdikcə o, müstəmləkələşdirilməli və italyanlaşmalı olmalı idi. 1939-cu il aprelin 16-da Albaniya kralı formal olaraq İtaliyanın kralı II Viktor Emmanuel oldu.[2] Əslində hökuməti İtaliyalı qubernator və alban vətəndaş hökuməti idarə edirdilər.[2] Alban qoşunları italyan ordusunun bir hissəsinə çevrildi.

İtalyan faşistləri Albaniyanı İtaliyanın tarixi hissəsi hesab edirdilər, çünki əvvəlcə o, Roma imperiyasının tərkibində idi, sonra isə alban sahili (Dıraç da daxil olmaqla) Venesiya respublikasının (Venesiya Albaniyası) bir hissəsi idi. Bundan başqa, Albaniya Balkanlarda mühüm strateji mövqe tuturdu. 1940-cı ildə İtaliya Albaniyanın ərazisindən Yunanıstana hücum etdi. İtaliya rəqib ölkə Yuqoslaviyada fəal olan alban millətçilərini dəstəkləyirdi. Albaniya krallığının baş naziri Şevket Verlaci hələ 1939-cu il aprelin 12-də vəzifəyə başladı və bununla da formal olaraq dörd gün ərzində dövlətə başçılıq etdi. Onun əsas vəzifəsi protektoratın gündəlik idarəsi idi. 1941-ci il dekabrın 3-də Şevket Verlaci istefaya göndərildi, və onu bu vəzifədə Alban faşist partiyasının nümayəndəsi Mustafa Merlika-Kruya əvəzlədi,[3] yeni başçı 19 yanvar 1943-cü il tarixinə qədər bu vəzifədə qaldı.

İşğal dövründə Albaniyanın bütün təbii ehtiyatları, xarici ticarəti və xarici siyasəti tam İtaliyanın nəzarəti altında idi. Belə ki, alban neftinin inhisarı Agip adlı İtaliyanın dövlət neft şirkətinin əlində idi.[4] Kukla alban faşist partiyası hakimiyyəti əlinə aldı. İtaliya vətəndaşlarına Albaniyaya kolonistlər kimi keçmək hüququ verildi ki, gələcəkdə ölkə İtaliyanın ayrılmaz hissəsinə çevrilsin.

1940-cı il oktyabrın sonunda italo-yunan müharibəsi başlandı. Albaniya burada mühüm rol oynadı, çünki İtaliyanın quru qoşunları məhz onun əraziləri ilə Yunanıstana soxuldular. Mussolininin planlarında Aralıq Dənizinin bütün şərq sahilini istila etmə var idi. Lakin müharibə başladıqdan az sonra yunan qoşunları əks-hücuma keçdilər və Ergiri, Korça şəhərlərinin də daxil olmaqla Albaniyanın mühüm hissəsini qazandılar. 1941-ci ilin aprelində Yunanıstan alman qoşunları qarşısında təslim oldu və onun işğal olunmuş əraziləri İtaliyanın protektoratına qaytarıldı. Bundan başqa, Yunanıstan ərazisinin bir hissəsi İtaliyanın tabeliyinə verildi. 1941-ci ilin aprelində alman qoşunları həm də Yuqoslaviyanı ələ keçirdilər, və albanların məskunlaşdığı və Yuqoslaviya krallığının tərkibinə daxil olan ərazilər İtaliyaya verilmişdir.

1943-cü ilin sentyabrında italiya ordusu kapitulyasiya bəyanı verdi və İtaliya İkinci dünya müharibəsindən çıxdı. Bundan sonra Albaniya Almaniya tərəfindən işğal olundu, bundan sonra bütün ölkə tez bir zamanda partizan hərəkatı ilə əhatə olundu.

  1. Keegan, John; Churchill, Winston. The Second World War (Six Volume Boxed Set) Arxivləşdirilib 2013-06-09 at the Wayback Machine. — Boston: Mariner Books, 1986. — P. p314. — ISBN 0-395-41685-X.
  2. 1 2 3 Zabecki, David T. World War II in Europe: an encyclopedia Arxivləşdirilib 2013-06-10 at the Wayback Machine. — New York: Garland Pub, 1999. — P. p1353. — ISBN 0-8240-7029-1.
  3. Owen Pearson. Albania in the Twentieth Century, A History : Volume II: Albania in Occupation and War, 1939-45 Arxivləşdirilib 2014-09-24 at the Wayback Machine. — London: I. B. Tauris, 2006. — P. p167. — ISBN 1-84511-104-4.
  4.  Albania in Occupation and War: From … — Google Books Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine