Ana səhifə

Vikipediya saytından
(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətindəmifologiyasında mühüm yer tutmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
AntarktidaYerin ən cənub materikiqitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvinsuiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Türkiyədəki saat qüllələrinin siyahısıTürkiyədə dəyərli və məşhur saat qüllələrinin toplusu. Saat qülləsi ənənəsi ilk dəfə Avropada XIII əsrdə başlamış, XVI əsrin sonlarında Osmanlı imperatorluğu torpaqlarına yayılmış və bugünkü Türkiyədə ilk saat qülləsi 1797-ci ildə Anadolu, Safranboluda ucaldılmışdır. Osmanlı imperiyasının yüksək zümrəsi II Mehmed dövründən başlayaraq mexaniki saatlardan istifadə etməsinə baxmayaraq, Osmanlı və Anadolu coğrafiyasında saat qülləsi anlayışının Avropaya nisbətən gec qəbul edilməsinin səbəbləri ilə bağlı fərqli şərhlər irəli sürülür. Əbdülhaq Adnan Adıvar bu vəziyyəti müəzzinlərin, xronometrlərin və qəyyumların öz əhəmiyyətlərini itirəcəkləri qorxusu ilə əlaqələndirərkən, Bernard Luis mətbəə kimi saatın da İslam ictimai quruluşunda çatlaqlara səbəb ola biləcəyindən qorxduğunu müdafiə edirdi. Digər tərəfdən, Şulə Gürbüz qeyd edir ki, zaman hesablayanlar namaz vaxtını dəqiqəsinə qədər dəqiq hesablasalar da, mexaniki saatların bəzən düzgün vaxtı göstərmədiyini və bu xəta fərqinə görə saat qüllələrinin geniş yayılmamışdır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli