Vikipediya:Həftənin yaxşı məqaləsi/iyul 2024

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

27. Həftə
Hüseyn bəy Şamlı(şəkildə Şah İsmayılın 1508 tarixli fərmanlarından birində Hüseyn bəy Şamlının adının çəkildiyi təsvir olunub) Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərasıvəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.

Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Corc FenABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games" üçün "Insaniquarium"-u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
AntarktidaYerin ən cənub materikiqitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvinsuiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Minçin göy adamlarıXarici Hebrid adalarının şimalında və materik Şotlandiya arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın bilinməyən ərazilərində yaşayırdılar. Onların dünyanın qalan hissəsində analoqu yoxdur. Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


31. Həftə
Biologiya — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasınınnəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə