Anatoli Falkoviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anatoli Falkoviç
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Hayfa, İsrail
Vətəndaşlığı
Fəaliyyəti teatrkino aktyoru
Fəaliyyət illəri 1941–1994
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1972 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960 Azərbaycan SSR Dövlət mükafatı — 1972
"Xalqlar dostluğu" ordeni — 1981 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Əməkdə fərqlənməyə görə" medalı — 1959 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946
IMDb ID0266281

Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972).

Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb.[1] 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib[2] .

Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır.

Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.

  1. Azərbaycan kinosu. Ensiklopedik lüğət. 1-ci cild. Bakı: Elm və Təhsil. 2017. səh. 180. ISBN 978-9952-8176-1-4.
  2. "Фалькович Анатолий Соломонович". 2017-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-29.
  3. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı