Anxel Maturino Resendiz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anxel Maturino Resendiz
isp. Ángel Maturino Reséndiz
Doğum tarixi 1 avqust 1959(1959-08-01)
Doğum yeri
Vəfat tarixi 27 iyun 2006(2006-06-27)[1] (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi edam edilib (27 iyun, 2006)
Vətəndaşlığı
Qətllər
Qurbanların sayı 16
Yaralıların sayı bilinmir
Qətllərin dövrü 1986-1999
Qətllərin yeri Texas, Kentukki, Corciya, İllinoys
Qətl üsulları Hücum, soyğunçuluq, zorlama və qətl
Silah Soyuq silahlar, mətbəx bıçaqları və digər alətlər
Həbs tarixi 12 iyul, 1999
Cəzası Zəhərli iynə ilə edam

Anxel Maturino Resendiz (isp. Ángel Maturino Reséndiz) — Dəmiryolu qatili kimi tanınmış, 1986–1999-cu illər aralığında Amerika Birləşmiş ŞtatlarıMeksikada 23 dən çox şəxsi qətlə yetirmiş meksikalı seriyalı qatil. Maturino Resendizin qurbanlarının bir çoxuna qarşı cinsi zorakılıq etmiş və əsasən onları bıçaqlayaraq və digər mətbəx əşyaları ilə döyərək öldürmüşdür.

Qatilin Dəmiryolu qatili kimi məşhurlaşmasının səbəbi ölkəni gəzmək üçün istifadə etdiyi qatarlardan tullanaraq dəmir yollarının yaxınlığında törətməsi olmuşdur. Seriyalı qatil 1999-cu ilin 21 iyun tarixindən 13 iyul tarixinə qədər Texas hökumətinin tələbi ilə Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan on şəxs siyahısına daxil edilmiş və siyahıya salınan sayca 457-ci şəxs olmuşdur.

Federal Təhqiqat Bürosunun yerli polis təşkilatları ilə koordinasiyalı şəkildə aparılan araşdırmalarından sonra Anxel Resendiz 1999-cu ilin 12 iyul tarixində təslim olmuş və ABŞ-ın V Dairə Apellyasiya Məhkəməsinin müvafiq qərarına əsasən edam cəzasına məhkum edilmişdir. Cəza 2006-cı ilin 27 iyul tarixində Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hantsvill şəhərində yerləşən Texas Dövlət Penitensiar müəssisəsinin edam zalında, zəhərli iynənin bədənə vurulması ilə icra edilmişdir.

Qətllər və metodologiya

[redaktə | mənbəni redaktə et]

Həbs edilməsi və edamı

[redaktə | mənbəni redaktə et]