Aortal çatışmazlıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XBT-10 təsnifatı
I06.1 Revmatik aortal çatışmazlıq
I35.1 Qeyri-revmatik aortal çatışmazlıq
Q23.1 İkitaylı aortal qapaq, qazanılmış aortal çatışmazlıq
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər.

Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər:

  • infeksion endokardit
  • aortal disseksiya.

Xroniki AÇ-ğın səbəbləri bunlardır:

  • ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri.
  • membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya
  • aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması[1]
  • revmatik qızdırma
  • infeksion endokardit
  • miksomatoz degenerasiya
  • aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri
  • qalxan aortanın anomaliyaları
    • uzunsürən tənzimlənməyən qan təzyiqi
    • Marfan sindromu
    • idiopatik aortal genişlənmə
    • sistik media nekrozu
    • aortanın qocalıq ektaziyası, genişlənməsi
    • sifilitik aortit
    • revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit
    • başqa spondiloartritlər
    • Whipple xəstəliyi.[2][3]

Aortal çatışmazlıq iki cür olur:

  • kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir.
  • xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.

Fiziki müayinə

[redaktə | mənbəni redaktə et]

Elektrokardioqrafiya (EKQ)

[redaktə | mənbəni redaktə et]

EKQ dəyişiklikləri qeyri-spesifikdir:

  • Sol mədəcik (SM)hipertropfiyası,
  • ürəyin elektrik oxunun sola meyilliyi,
  • sol qulaqcıq hipertrofiyası (böyüməsi),
  • SM-in aşırı yüklənməsi əlamətləri: I, aVL, V3-V6 aparmalarda dərin Q dişləri və V1 aparmasında nisbətən kiçik r dişciyi
  • SM keçiricilik pozuntuları — adətən xəstəliyin son aşamasında olur.

Döş qəfəsinin rentgeni ürəy-damar sistemində quruluş (aortal genişlənmə, qapaq protezinin yerindən çıxması, aortal qapaq kirəclənməsi) və çalışmada pozuntularını (ağciyər ödemi, kardiomeqaliya) əks etdirə bilər.

Döşüstü exokardioqrafiya

[redaktə | mənbəni redaktə et]

ExoKQ zamanı aşağıdakı ölçülərin dəyərləndirilməsi keçirilir:

  • Aortal qapağın quruluşu: ikitaylı yoxsa üçtaylı, qalınlaşma?
  • Vegetasiyaların və düyünlərin mövcudluğu — bəzi hallarda yeməkborusudaxili exokardioqrafiyasının keçirilməsini tələb edir.
  • AÇ-ın dərəcəsi
  • rəngli Doppler şırnağının eni
  • Vena contracta-nın eni: ağır dərəcəli AÇ-da sol mədəciyin çıxış traktının 65%-dən artıq olur
  • Qayıdan qanın həcmi, qapaq sahəsi
  • mitral qapağın erkən qapanması (ağır AÇ-da olur) və aortal qapağın açılması (sol mədəciyin son diastolik basıncının yüksəlməsi ilə)
  • basıncın yarı-sürəsi: adətən 300–350 msan-dən az davam edirsə ağır dərəcəli AÇ müşahidə olunur
  • aortanın yanaşı qüsurları: genişlənmə, anevrizma, disseksiya, ektaziya
  • sol mədəciyin (SM) quruluşu və çalışması: hipertrofiya, dilatasiya? Atım fraksiyası (AF) və sonsistolik ölçü (SSÖ): 55%-dən aşağı AF, 55mm-dən yuxarı SSÖ, 60 mL/m²-dan çox SM-in son sistolik həcmi ürək çatışmazlığın bəlirtiləridir və cərrahi əməliyyat gərəkdiyini göstərir.
  • ürək çatışmazlığı nəticəsində baş verən ikincili ağciyər hipertensiyasının olub-olmadığı

Doppler ExoKQ qayıdan axının dərəcəsini dəyərləndirmək üçün seçim vasitəsidir. İkiölçülü ExoKQ aortal kökün ölçüsünü və quruluşunu, eləcə də SM-in çalışmasını qiymətləndirir.

[4]

Stress Exokardioqrafiyası

[redaktə | mənbəni redaktə et]

Kardio-KT və MRT

[redaktə | mənbəni redaktə et]

Ürəyin kompüter tomoqrafiyası (KT) və maqnetik rezonans görüntüləməsi AÇ-ın diaqnostikasında geniş yer almamışdır.

Cərrahi müalicə

[redaktə | mənbəni redaktə et]

Kəskin AÇ-ın müalicəsi təcili cərrahi yolla qapaqların dəyişdirilməsidir.

Hazırkı Amerikan Kardioloji Kollecinin (AmeKK) qılavuzlarına[5] görə, ağır dərəcəli xroniki AÇ zamanı aşağıdakı hallarda cərrahi müayinə tövsiyə olunur[6]:

  • simptomlu xəstələrdə,
  • şikayətsiz xəstələrdə AF 55%-dən azdırsa (Avropa Kardioloji Qurumunun (AvroKQ) qılavuzlarında[4]. bu hədd 50%-dir)
  • şikayətsiz xəstələrdə SM genişlənmişsə (SM-in SSÖ-sü 55 mm artıqdırsa).

Qapaq protezlərinin seçimi

[redaktə | mənbəni redaktə et]

Kateterli aortal qapaq dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

Kateterli aortal qapaq dəyişdirilməsi (ing. transcatheteric aortic valve implantation (TAVI) və ya transcatheteric aortic valve replacement (TAVR)) aortal stenozun müalicəsi kimi ortaya çıxsa da hal hazırda əsasən AÇ-lı xəstələrdə işlədilir. Bu zaman bioloji qapaq protezi xüsusi zondun (katerer, tel, xortum) vasitəsiylə bud arteriyası yoluyla aortaya yerləşdirilir və sternotomiyaya (döş sümüyünün yarılması) gərək duyulmur. İlkin hesabatlar ümidvericidir, ancaq daha çox elmi araşdırma aparılmalıdır.

Dərman müalicəsi

[redaktə | mənbəni redaktə et]

Damargenişləndiricilərindən (kalsium blokatorları), sidikqovuculardan və AÇF inhibitorlarından istifadə etmək olar.

  1. eMedicine. — Prof. Dr. Mohsen Saidinejad, MD. Pediatric Aortic Valve Insufficiency. Arxivləşdirilib 2021-11-09 at the Wayback Machine
  2. "The Merck Manual. Aortic Regurgitation (last full review/revision November 2012 by Guy P. Armstrong)". 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-21.
  3. eMedicine. — Stanley S Wang, MD. Aortic Regurgitation. Arxivləşdirilib 2016-06-09 at the Wayback Machine
  4. 1 2 "European Society of Cardiology. Clinical practice guideline. Valvular Heart Disease (Management of), 2012" (PDF). 2013-05-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-07-21.
  5. Sultan Məcid Qəniyev. Русско-татарский (азербайджанский) словарь Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine. Баку: Товарищество "Каспий", 1909, BAX: s. 168 və 293.
  6. "Circulation (journal of American Heart Association). 2008 Focused Update Incorporated Into the ACC/AHA 2006 Guidelines for the Management of Patients With Valvular Heart Disease" (PDF). 2016-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-07-21.