Armen Atayan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Armen Atayan
Doğum tarixi 21 may 1922(1922-05-21)
Doğum yeri
Vəfat tarixi 8 aprel 2021(2021-04-08) (98 yaşında)
Uşağı
Atası Arşak Atayan
Fəaliyyəti rəssam
Janrlar peyzaj, portret rəssamlığı[d], natürmort

Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan8 aprel 2021) — Ermənistan-sovetUkrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır.

Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur. O, 1952-ci ildə institutu bitirərək "Maksim Qorki və Avetik İsaakyan Göyçə sahillərində" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Atayan 1952-ci ildən rəsm sərgilərində iştirak etmişdir. O, 1954-cü ildən Ukrayna SSR-nin paytaxtı Kiyevdə yaşayıb işləmişdir.[1] 1964-cü ildə Atayan İrəvana qayıtmışdır. Onun əsərləri Ermənistanın, Ukraynanın incəsənət muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.[2] Armen Atayan 8 aprel 2021-ci ildə İrəvanda vəfat etmişdir.[3]

  1. Ида Карпетян. Живописец своей чудесной родины Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine // Голос Армении, 5 июля 2012
  2. "Атаян Армен Ашакович". 13 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2022.
  3. "Ушёл из жизни живописец Армен Атаян". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]