Bəylər Ağayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Bəylər Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1969(1969-02-03)
Doğum yeri
Vəfat tarixi 6 avqust 1992(1992-08-06) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qaraağac, Qubadlı rayonu6 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı FərəcanAşağı Fərəcan, Mazutlu, TürklərSuarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olue.[1]

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır.

Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir.

  1. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  • Ağayev Bəylər Tapdıq oğlu: (1969–1992) //Qubadlının Milli Qəhrəmanları: (Plakat).- B.: İşıq, 1993.
  • Əsgərov V. Ağayev Bəylər Tapdıq oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.13.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 21–22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]