Brahma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Brahma — qədim hindlilərdə baş tanrı. Yaradıcı tanrı, kainatın yaradıcısı.

Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır.

Hinduizm