Dağ Tumas
Naviqasiyaya keç
Axtarışa keç
Dağ Tumas | |
---|---|
39°22′22″ şm. e. 46°45′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.210 m |
Saat qurşağı | |
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[1].
Toponimikası
[redaktə | mənbəni redaktə et]Dağ Tumas oykonimi mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır.[2] Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Anar Məmmədov — kapitan, Vətən müharibəsi şəhidi
- Vahid Məmmədov — Qarabağ Müharibəsi şəhidi
- Mahir Allahquliyev — Qarabağ Müharibəsi şəhidi
- Şakir Albalıyev — Filologiya üzrə fəlsəfə doktoru, dosent
- Aynur Səfiyeva — Azərbaycanlı alim, ümumi cərrah, tibb elmləri doktoru, kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktoru
- Əlisahib Əroğul - nasir, publisist, yazıçı
- Nəsimi Ağayev — Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri
- Zahid Məmmədov — Sumqayıt şəhər Apellyasiya məhkəməsinin hakimi
- Süleyman Ağayev — İmişli Rayon Məhkəməsinin keçmiş sədri
- Vahid Tumaslı — şair, yazıçı
- İlham Tumas — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Xocavənd, Cəbrayıl və Zəngilanın bu kəndləri azad edildi". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
![]() |
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
![]() |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |