Elmixan Məmmədov
Elmixan Məmmədov | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||
Tam adı | Elmixan Məmmədov | |||||||||||||||
Doğum tarixi | ||||||||||||||||
Doğum yeri | Tovuz, Azərbaycan | |||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||
Boyu | 174 | |||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||
Klub | Turan Tovuz | |||||||||||||||
Karyerası | ||||||||||||||||
|
||||||||||||||||
|
||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur.
Klub karyerası
[redaktə | mənbəni redaktə et]Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi.
Çempionat
[redaktə | mənbəni redaktə et]Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:
№ | Mövsüm | Klub | Liqa | Oyun | Qol | Ehtiyatda |
---|---|---|---|---|---|---|
1 | 2010 / 2011 | "Turan" | Premyer Liqa | 1 | 0 | 1 |
2 | 2011 / 2012 | "Turan" | Premyer Liqa | 1 | 0 | 1 |
3 | 2012 / 2013 | "Turan" | Premyer Liqa | 2 | 0 | 8 |
4 | 2013 / 2014 | "Turan" | Birinci Divizion | 0 | 0 | 0 |
5 | 2014 / 2015 | "Turan" | Birinci Divizion | 0 | 0 | 0 |
Кубок
[redaktə | mənbəni redaktə et]Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir:[1]
№ | Mövsüm | Klub | Oyun | Ehtiyatda | Qol |
---|---|---|---|---|---|
1 | 2011 / 2012 | "Turan" | 1 | 0 | 0 |
Milli karyerası
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azerbaïdjan " Kubok 2011/2012 " Tous les gagnants triés par Nom ou noms " 201–250 Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine (fr.)
- ↑ Azerbaijan's youth squad for Moldovan tournament Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine (ing.)
- ↑ Azerbaijani U-17 to compete in International Soccer Tournament in Moldova Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine (ing.)