Fərid Ağamoğlanov
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Fərid Ağamoğlanov | |
---|---|
Fərid Azax oğlu Ağamoğlanov | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 1,76 m |
İdman növü | Kikboksinq |
Ağırlıq dərəcəsi | 63,5 kq qədər |
Hərbi rütbəsi | çavuş |
Fərid Ağamoğlanov (27 iyul 1994) — Azərbaycanlı boksçu və kikboksçu.
Karyera
[redaktə | mənbəni redaktə et]Fərid 2010-cu ilin sentyabr ayında Belqradda 51 kq-a qədər ağırlıq dərəcəsində (full kontakt) gənclər arasında dünya çempionatının bürünc mükafatçısı oldu. 2019-cu ilin aprel ayında "Qəbələ" klubunu təmsil edərək Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq boks turnirinin bürünc mükafatçısı oldu. İdmançı 2022-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı. Həmin ilin noyabrında o, Antalyada keçirilən Avropa çempionatının bürünc medalını qazanır və bununla da 3-cü Avropa Oyunlarına lisenziya qazanmış olur. Fərid 2023-cü ilin iyun ayında Krakovda keçirilən 3-cü Avropa Oyunlarında iştirak edərək, finalda İtaliya təmsilçisi Damiano Tramontana üzərində qələbə çalır və bununla Azərbaycana qızıl medal qazandırır.