Filippo Qalli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Filippo Qalli
Ümumi məlumatlar
Doğum tarixi 19 may 1963(1963-05-19)[1] (61 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 71 kq
Mövqeyi cinah müdafiəçisi[d], müdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filippo Qalli (it. Filippo Galli 19 may 1963[1], Monsa, Lombardiya) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi çıxış edib.

O, daha çox Milan klubu ilə uzun və uğurlu oyunu ilə yadda qalıb. Karyerasının böyuk hissəsini keçirdiyi "Milan"da Barezi, Maldini, KostakurtaTassotti ilə birlikdə güclü müdafiə xətti formalaşdırıb. "The Immortals" və "The Invincibles" kimi tanınan "Milan"da məşqiçilər Arriqo Sakki və Fabio Kapello rəhbərliyi altında klubda keçirdiyi 15 mövsüm ərzində o, beş dəfə A Seriyası çempionluğu və üç dəfə UEFA Çempionlar Liqası titulunu qazanıb.

Filipponun ilk komandası "Milan" olub. 1981–1982-ci illərdə "Milan"ın gənclər komandasında oynayıb, sonra isə 1982/83 mövsümünü icarə əsasında Peskarada keçirib.[2] 1983-cü ildə Qalli Milana qayıdır və 1996-cı ilə qədər orada oynayır. Rossoneri ilə o, bir çox titullar qazanıb, 325 oyun keçirib və 4 qol vurub. Qalli komandadan ayrıldıqdan sonra 2001-ci ilə qədər İtaliyanın "Regiana" və "Breşiya" klublarında çıxış edib.

2001/02 mövsümünü Filippo birinci divizionda çıxış edən İngiltərənin "Uotford" klubunda keçirib.

O, karyerasını 2004-cü ildə "Pro Sesto" klubunda başa vurub.

  • A Seriyasının qalibi (5): 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96; İkinci (2): 1989–90, 1990–91.
  1. 1 2 Filippo Galli // Transfermarkt (çd.). 2000.
  2. "Mondo CALCIO – Serie B 1999/2000: GALLI". 5 may 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  3. AC Milan. "Filippo Galli". www.acmilan.com (ingilis). 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.