Fransa Hind-Çini

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Fransa Hind-Çini
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
1887 — 1954

Paytaxt Sayqon, Hanoy, Sayqon
Ərazisi
  • 750.000 km²
Əhalisi
  • 21.599.582 nəf.
İdarəetmə forması federasiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm. សហព័ន្ធឥណ្ឌូចិន, laos ສະຫະພັນອິນດູຈີນ) — Cənub-Şərqi Asiyada Fransa müstəmləkələri qrupu. Buraya qərbdə Kamboca, Laos (1899-cu ildən), şimalda Çinin Quançjouvan ərazisi (1898–1945) və Vyetnamın Tonkin bölgəsi, mərkəzdə Annam və cənubda Koxinxina daxil idi. Müstəmləkə 1887-ci ildə təsis edilmişdir və 1954-cü ildə ləğv olunmuşdur. Tarixinin böyük hissəsində paytaxtı Hanoy olmuş, 1887–1902-ci illərdə Sayqon ilə əvəz edilmiş və yenidən 1945–1954-cü illərdə Hanoy olmuşdur.

İkinci Fransa imperiyası 1862-ci ildə Koxinxinanı ilhaq etmiş, 1863-cü ildə Kambocada protektorat qurmuşdur. Üçüncü Fransa Respublikası Tonkin kampaniyasında Vyetnamın şimalını ələ keçirdikdən sonra, 1887-ci ildə bu protektoratlar ittifaqda birləşdirilmişdir. İttifaqa sonradan Laos protektoratı və Çinin Quançjouvan ərazisi olmaqla daha iki qurum daxil edilmişdir.[1] Fransızlar hakimiyyətdə olduqları dövrdə bölgənin sərvətləri istismar etməklə yanaşı, regionda səhiyyə və təhsil sisteminin yaxşılaşdırılmasına da öz töhfələrini vermişdilər. Bununla belə, yerli əhali ilə müstəmləkəçilər arasında dərin fikir ayrılıqları qalmış, yerlilər ara-sıra üsyanlar qaldırmışdır. İkinci Dünya müharibəsi zamanı Fransanın süqutundan sonra müstəmləkə Vişi rejimi tərəfindən idarə olundu və 1945-ci ilin martına qədər Yaponiyanın işğalı altında qalmışdır. Bu zaman Yaponiya müstəmləkə rejimini devirmişdir. Yaponiyanın təslim olmasından sonra Ho Şi Minin başçılıq etdiyi kommunist təşkilatı olan Vyetmin Vyetnamın müstəqilliyi elan etmiş, lakin sonradan Fransa regiona nəzarəti bərpa etmişdir. 1946-cı ilin axırlarında Fransa və Vyetmin qoşunları arasında Birinci Hind-Çin müharibəsi kimi tanınan tammiqyaslı müstəqillik müharibəsi başlamışdır.

Vyetnam əleyhinə mübarizə aparmaq üçün 1949-cu ildə keçmiş imperator Bao Dayın başçılıq etdiyi Vyetnam Dövləti elan edilmişdir. Fransanın Vyetnamı yenidən birləşdirmək cəhdləri uğursuz olmuşdur. 1953-cü il oktyabrın 22-də və noyabrın 9-da Laos krallığıKamboca krallığı müstəqilliklərini elan etmişdir. 1954-cü il Cenevrə Konfransından sonra fransızlar iki ölkəyə (1976-cı ilə qədər) bölünmüş Vyetnamdan könülsüz şəkildə geri çəkilmiş, Fransa Hind-Çini ləğv edilmişdir.

  1. "Военная история Вьетнама". 2011-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]