Heybət Heybətov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vladimir Zyuvanov
Heybət Atamoğlan oğlu Heybətov
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1898(1898-09-10)
Doğum yeri
Vəfat tarixi 7 oktyabr 1959(1959-10-07) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti hərbi lider[d]
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi general-mayor

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Suvorov" ordeni 2-ci dərəcəli "Kutuzov" ordeni 2-ci dərəcəli "Boqdan Xmelnitski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı

Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor.

Heybət Heybətovun Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur[1]. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-ci ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir.

1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir. Atıcı diviziyasına taqım (sovet ordusunda "vzvod") komandiri təyin olunan gənc Heybət Heybətov üç il burada, birinci atıcı "Dəmir alayı"nda xidmət edir və hərbi biliyi, bacarığı sayəsində bölük (sovet ordusunda "rota") komandiri vəzifəsinə qədər yüksəlir. 1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya, M.Frunze adına Hərbi Akademiyaya təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır. Birinci atıcı "Dəmir alayı"nda qərargah rəisi, alay hərbi məktəbinin rəisi, Dağ-atıcı diviziyasının komandiri kimi məsul vəzifələrdə çalışır. 1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. II Dünya Müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır. Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir müavini təyin olunur. 1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi Şurasının çağırışı ilə Azərbaycana qayıdır. 223-cü Azərbaycan atıcı diviziyasının komandiri olur.

Mərhum polkovnik Baxış Mehdiyevin arxivində general Heybət Heybətov haqqında zəngin "xəzinə" varmış. Həmin sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun 4-də Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü general-leytenant Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Dmitri Sızranovun general-mayor Heybət Heybətova verdikləri "attestasiya" sənədidir.

İstefaya çıxandan sonra yüksək partiya işində vəzifələr tutmuş, Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 7 oktyabr 1959-cu ildə Kiyevdə vəfat etmişdir. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Doğma Maştağa qəsəbəsinin küçələrindən biri generalın adını daşıyır.

  1. "Эйбатов (Зюванов) Эйбат Атамоглан оглу, генерал-майор". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.