Konka çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Konka
uk/Кінська
Ölkə Ukrayna Ukrayna
Region
Rayonlar
  • Zaporojya rayonu
  • Poloqovski rayonu
  • Vasilyevski rayonu
Mənbəyi Azovboyu yüksəklik
Mənsəbi Dnepr çayı
Uzunluğu 149 km
Su hövzəsi 2600km²
Hövzəsinin sahəsi 2.600 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı (ukr. Кінська) — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir.[1] Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir.[2]

Dnepr çayının hövzəsi

Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir. Aşağı axarda çay, dərinliyi 6–7 m olan kanal budaqlar və kanallar əmələ gətirir. Çayın qidasını qar və yağış suları təşkil edir. Dekabrdan martın əvvəlinə qədər buz örtüyü qeyri-sabitdir.

Konka çayının suyunun minerallaşması yüksəkdir. Uzun illər ərzində orta hesabla: yaz daşqını — 2407 mq/dm³; yay-payız aşağı su — 2766 mq/dm³; qışda aşağı su — 2812 mq/dm³-dir.[3]

1887-ci ildə çayın sahilləri məşhur geoloq, akademik Nikolay Sokolov tərəfindən tədqiq edilmişdir.[4].

Monqol sərkərdəsi Mamay xanın iqamətgahı da çayın mənsəbində yerləşirdi.[2] Çay, XVIII əsrdə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında sərhəd rolunu oynamışdır.[5]

2023-cü ilin iyununda Rusiyanın Ukraynaya hücumu zamanı Kaxovka bəndinin partladılması Konkada suyun səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb oldu.[6]

  1. Конка // Great Soviet Encyclopedia. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  2. 1 2 Ryzhkov, Vadim. "Мамаева земля. Древняя Украина и татаро-монгольская Великая Степь" [The Mamai's land. Ancient Ukraine and the Tatar-Mongolian Great Steppe]. Argument.ua (rus). 28 January 2017. 14 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2024.
  3. Горев Л. Н., Пелешенко В. И., Хильчевский В. К. Гидрохимия Украины. К.: Вища школа. 1995. ISBN 5-11-004522-4.
  4. Алексеев А. Н. Исследователь Мелитопольщины — геолог Николай Алексеевич Соколов // Мелитопольский краеведческий журнал, 2013, № 1, с. 52–57
  5. Knyazkov, Yurii. КІНСЬКА, КІНСЬКІ ВОДИ, КІНКА, КОНКА [Kinska, Kinski Vody, Kinka, Konka] // Encyclopedia of History of Ukraine. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  6. ""Неможливо дивитися на це без сліз",— жителі Запоріжжя про стан річки Дніпро після підриву Каховської ГЕС. Фоторепортаж". Suspilne. 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.

П:  Coğrafiya portalı