London Fond Birjası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri.

Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır.

FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir.[1] 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir.[2] 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.[3][4]

  1. "Financial Times Stock Exchange Group (FTSE)". investopedia.com. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  2. "Brokers for Trading Indices Guide". comparebrokers.co. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  3. "FTSE Indices". corporatefinanceinstitute.com. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  4. "Why the FTSE 100 has hit a record high". theguardian.com. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]