Məmməd bəy Muradov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmməd bəy Muradov
Məmməd bəy Fərhad bəy oğlu Muradov
Doğum tarixi (124 yaş)
Doğum yeri Muradbəyli, Ağdam,
Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası

Məmməd bəy Muradov (15 yanvar 1900-?) — Cümhuriyyət tələbəsi.

Məmməd bəy Fərhad bəy oğlu 15 yanvar 1900-cü ildə Şuşa qəzasının Muradbəyli kəndində anadan olmuşdu. Ağdam kənd məktəbini bitirmişdi. Sonra 1911-ci Bakı gimnaziyasına daxil olmuş, 28 fevral 1918-ci ildə tamamlamışdı. AXC dövründə İtaliyaya Tibb Universitetinə oxumağa göndərilmişdi.[1]

Mart soyqırımı barədə xatirəsi

[redaktə | mənbəni redaktə et]

1918-cı ilin dekabrında həmin hadisələri qələmə almış, 1919-cı ilin martında ona əlavələr etmişdir. 1920 ildə Həyat dəftərimdən bir parça rubrikasında Mart hadiseyi-əliməsi adı ilə hökumət mətbəəsində kitabça halında çap etdirmişdir (kitabça 1996 ildə kiril əlifbası ilə yenidən nəşr olunmuşdur). Ailəsinin başına gətirilən müsibətlərdən, atasının qohum və tanışlarının güllələnməsindən, həmin hadisələr zamanı kiçik qardaşı ilə qonşu yəhudinin evində gizlənməsindən danışan, şahidi olduğu acınacaqlı mənzərəni təsvir edən gənc yazısını belə yekunlaşdırırdı:

" Hələ qarşımda o gün müşahidə etdiyim ürək dağlayan bir mənzərə təcəssüm edib durur. O gün küçə ilə bir neçə kişinin

çiynində qısa bir nərdivan üzərinə əlvan boyalı xalça salınmış bir meyitin aparıldığını gördünüz? O, mart günlərinin məzlum qurbanı, mənim zavallı atam idi. O dövrün vəziyyətinə nəzərən bu hala da qibtə edirdilər. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhərinin yarıdan çoxu bir matəm sarayına çevrildi. Çox evlərin üzvləri südəmər uşaqlarınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməyən bir ev qalmadı. Söyləyiniz, belə ürək yandıran tarixi bir vaqiəni unutmaq olarmı?

"

Yazıda hadisələr zamanı öz niyyətlərinə çataraq "qalib çıxmış", kişiləri öz evlərində qətlə yetirib, qadm və qocaları əsir kimi nümayişkaranə surətdə küçələrdən keçirən qaniçən ermənilərin vəhşilikləri dərin ürək ağrısı ilə təsvir edilirdi.

" Qafqaziyyəyə bizimki söyləyirdiniz, iştə Qafqaziyyəyə sahib oldunuz? "

deyən düşmənin istehzalı tənələrinə dözə bilməyən gənc müəllif yazırdı:

" Düşmənin bu növ tənələri acı, fəqət doğru idi. Çalışmamaq nəticəsi olaraq, azlıq təşkil

edən millətin bu gün vəhşi qüvvələri qarşısında baş əyməyə məcbur olmuşuq.

"

Məmməd Muradzadənin sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.

  1. Ənvər Çingizoğlu, Qatırçı Muradın törəmələri (Nuribəyovlar, Vəlibəyovlar, Muradovlar, İsmayılbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.3-25.