Mərakeş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mərakeş
ərəb. المملكة المغربية
bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ
fr. Royaume du Maroc
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Allah, Vətən və Kral
Himn: Mərakeş himni
(azərb. "Çerifian himni"‎)
Tarixi
 • İdrisilər sülaləsi 788
 • Alauitlər 1668
Rəsmi dilləri
Paytaxt Rabat
İdarəetmə forması Unitar parlamentli yarı-konsttitutsiyalı monarxiya
Kral VI Məhəmməd
Baş nazir Aziz Akhannouch
Sahəsi Dünyada 39-cu
 • Ümumi 446,300 km2 və ya 710,850 km2 km²
 • Su sahəsi (%) 0.056
Əhalisi
 • Əhali 37,984,655[1] nəfər (39-cu)
 • Siyahıyaalma (2014) 33,848,242 nəf.
 • Sıxlıq 50.0 nəf./km²
ÜDM (AQP)
 • Ümumi $359.671 milyard dollar  (55-ci)
 • Adambaşına $9,808 dollar  (122-ci)
ÜDM (nominal)
 • Ümumi (2022) $142.874 milyard dollar  (60-cı)
 • Adambaşına $3,896 dollar  (123-cü)
İİİ (2021) 0.683 (artım; 123-cü)
Demonim Mərakeşli
İnternet domeni .ma
ISO kodu MA
BOK kodu MAR
Telefon kodu +212
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Mərakeş

Mərakeş Mərkeş (��rəbcə:  əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir.

Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır.

Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir. Məsələn, “Hasaniyya” ləhcəsi bu dialekt variantlarından biridir və Mərakeşin cənubundakı Sahara əyalətlərində danışılır.

Amazigh Tifinagh yazısı ilə yazılmışdır. Ərəb dili kimi Amazighin də bir neçə ləhcəsi var.  Bunlara Rifian (Rifdə danışılır), Tamazight (Orta Atlasda və Yuxarı Atlasın bir hissəsi olan müxtəlif vadilərdə danışılır) və Tachelhit (Yuxarı Atlasda, Soussda və krallığın mərkəzi sahilində danışılır.) daxildir.

Mərakeş seçkili parlamenti olan konstitusiyalı monarxiyadır. İcra hakimiyyəti Hökumətə həvalə olunub. Qanunvericilik hakimiyyəti onun iki palatası: Nümayəndələr Palatası və Müşavirlər

Palatası vasitəsilə Hökumət və Parlament tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini  Ali Məhkəmə Şurası həyata keçirir.

Mərakeş dini tolerantlıq ölkəsi hesab olunur. İslam Mərakeşdə dövlət dinidir. Ölkədə yəhudi və xristian icmaları da var. Mərakeş Konstitusiyası hər kəsə ibadət azadlığı verir.

Kral “Əmirəl-möminin”dir (möminlərin əmiri). O, İslama hörmət edilməsini və dinlərin azad şəkildə həyata keçirilməsini təmin edir.

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır.

XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub.[4][5][6] Əlmoravilər sülaləsi Sanhacı tayfasından, Əlmohadlar sülaləsi isə Masmuda tayfasından idi.[7]

788-ci il Yaxın Şərq mənşəli ilk müsəlman sülaləsinin doğulduğu il idi. Mərakeş Dövləti 791-ci ildə yaradılmışdır. Peyğəmbərin kürəkəni Əlinin nəslindən olan I İdris ailəsinin qətliamından qurtulmaq üçün Ərəbistandan qaçaraq Volubilisdə məskunlaşdı və nəticədə 'Fez' şəhərinin əsasını qoydu. Bu şəhər 792- ci ildə onun varisi olan oğlu II İdris tərəfindən Krallığın paytaxtı oldu. 803-cü ildə II İdris şəhərin tikinti işlərini öz üzərinə götürdü və 828-ci ildə vəfat etdi.

Müqəddəs Moulay Driss Zerhoun şəhərindəki I İdrisin ziyarətgahı və məqbərəsi.

Krallığın idarəsi onun oğullarına, sonra isə qardaşlarına tapşırıldı, Fez şəhəri iqtisadi cəhətdən çiçəkləndi. 857 və 859-cu illərdə şəhər Quaraouiyine və Andalusiya məscidləri də daxil olmaqla, əhəmiyyətli nailiyyətlər əldə etdi. 11-ci əsrin əvvəllərində İdrisilərin hökmranlığının sorağı 1055-ci ildə müsəlman İspaniyasındakı parçalanmalar onların dağılmasına və yox olmasına səbəb olana qədər Kordovaya çatdı.

İdrisilər krallığının xəritəsi
border=none Əsas məqalə: Əlmoravilər

Əlmoravilər dini hərəkət olaraq başlayıb, Qərbi Səhranın tayfaları birləşdiriblər.[8] 1053-cü ildə onlar Sanhacı bərbərlərini birləşdirərək, Şimali Afrikada torpaq zəbt etməyə başlayıblar. 1076-cı ildə Əbu Bəkr Qana İmperiyasına qarşı vuruşaraq, Seneqal çayının cənubi sahilini zəbt edib. 1087-ci ildə o, elə bu ərazidə həlak olub və keçmiş Qana İmperiyasının ərazisi Əlmoravilərin nəzarətindən çıxıb.

İbn Taşfinin dövründə Mərakeş hissəsi Əlmoravilərin nəzarəti altında idi. Mərakeş şəhərin əsası qoyulub. 1090-cu ildə İbn Taşfin Əndəlüsə yürüşü başlayıb. O, 1106-də həlak olub və bundan sonra xristian krallıqlar addım-addım Əndəlüsün ərazilərini zəbt etməyə başlayıb. 1147-ci ildə Əlmohadlar paytaxt Mərakeş şəhərini zəbt edərək, Əmoravilər sülaləsinin hakimiyyətinə son qoyublar.[9]

Almoravid fəthləri (XI əsr).
border=none Əsas məqalə: Əlmohadlar

Əlmohadlar da həmçinin dini hərəkət olaraq başlayıb. Məhəmməd bin Əbdullah bin Tumərt Yaxın Şərdən Şimali Afrikaya qayıdandan sonra, onun Məhdi olduğunu elan olunub. Onun sələfi Əbd əl Mömin tyfaları birləşdirib, 1147-ci ildə Mərakeş şəhərini zəbt edib. Beləliklə, Əlmohdalar Tripolidən Atlantik okeana qədər Aralıq dənizinin sahilini idarə edirdilər.[10]

1147-1269-cu illər arasında Almohad imperiyası


Merinidlər sülaləsi

[redaktə | mənbəni redaktə et]

Amaziq sülaləsi Yuxarı Moulouya hövzəsindən köçəri Zenets-lərdir. Bu sülalə, Fez El-Jedid- in yaradılmasını və Medersa El-Attarine, Medersa Abou Inane, Medersa Merinide in Sale də daxil olmaqla bir neçə mədrəsənin tikintisini davam etdirərək Fez şəhərini paytaxt olaraq seçdi. Merinid Əlmohad İmperatorluğunun tənəzzülündən istifadə edərək Fez, Rabat, Sale şəhərlərinə , eləcə də  Saiss və Qarbın münbit düzənliklərinə nəzarəti ələ keçirdi.

Daha sonra Merinid Sultan Abu Youssef Yacoub 1269-cu ildə Mərakeş şəhərini ələ keçirdi.

Marinid sülaləsinin ali lideri olaraq Abu El-Hassan təxminən 1331-ci ildə imperiyanı yenidən qurmağa cəhd etdi və 1347-ci ildə indiki Əlcəzair və Tunis ərazisindəki Tlemceni fəth etdi, lakin 1340-cı ilə qədər İspaniya və Algeciras'ı tuta bilmədi.

1348-ci ildə Qara Ölüm və Tlemcen və Tunis üsyanları portuqalları və ispanları sıxışdıran Marinidlərin süqutuna işarə idi və onların varisləri Wattassides vasitəsilə sahildə məskunlaşmalarına imkan verdi. Müqavimət qardaşlıqlar və maraboutlar ətrafında təşkil edilmişdi ki, bunlardan da Saadian sülaləsi yaranmışdı.

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Şərqdən Əlcəzair, Cənubdan Mavritaniya və Qərbdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (MelilaSeuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniya və Mərakeşdən bura gəlir.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dəniziAtlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalinin ümumi sayı - 37 mlyn. MisirSudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir.

Mərakeş
Mərakeş
  1. Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc Arxivləşdirilib 2011-09-29 at the Wayback Machine. Hcp.ma. Retrieved on 2011-07-23.
  2. 5 // Constitution of Morocco.
  3. http://chartsbin.com/view/edr.
  4. Ramirez-Faria, Carlos. Concise Encyclopaedia of World History. 2007. ISBN 978-81-269-0775-5. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  5. Almoravides // Universalis Encyclopedia. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  6. Marīnid dynasty // Encyclopædia Britannica. 2015-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
  7. The Maghrib under the Almoravids and the Almohads // Encyclopædia Britannica. 14 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2011.
  8. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
  9. https://books.google.lt/books?id=Z2N5DwAAQBAJ&pg=PA40&dq=Abdallah+ibn+Yasin&hl=en&sa=X&ved=2ahUKEwir0Kv75sT8AhWSposKHeHWAMsQ6AF6BAgFEAI#v=onepage&q=Abdallah%20ibn%20Yasin&f=false Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine pp. 40-41
  10. Allen J. Fromherz. The Almohads: The Rise of an Islamic Empire. .B.Tauris & Co Ltd. 2010. səh. 2-3. ISBN 978 1 84511 651 4.