Marketri texnikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır.

1890-cı ildə Fransada düzəldilmişdir

Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu. Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar. XVI əsrin əvvəlində marketri texnikası Almaniya, HollandiyaFransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir. Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər. Nazik lövhələrdən istifadə olunması yalnız düz səthləri deyil, həm də əyri səthləri bəzəməyə imkan verirdi.

Düzəldilməsi

[redaktə | mənbəni redaktə et]

Marketri iki prosesdən ibarətdir: intarsiya — Verilmiş şəklə görə başqa ağac növünün şponundan , yaxud eyni növün başqa rəngindən hissəciklər kəsib fonla birlikdə bütün dəstin əşyanın üzərinə yapışdırmaq. Mozayka elementlərinin kəsilməsindən başqa marketri düzəltməyin başqa yolları da var. Əgər mozayka eyni düzbucaqlı həndəsi fiqurlardan ibarət rəsmdirsə, dəsti elementlərin əvvəlcədən kənarlarını kəsilib birləşdirilməsi yolu ilə də düzəltmək olar. Buna parketri deyilir.

Digər rəngkarlıq növlərindən fərqli olaraq marketri rəngkarlığının xüsüsiyyəti ağacın plastik keyfiyyəti ilə bağlıdır. Marketridə rəsm təbiət palitrasından — müxtəlif ağac növlərindən olan şponların rəngləri, teksturası, və energetikasından əmələ gəlir. Ağac mozaykanın yüksək dekorativ keyfiyyətləri var. Rənglərin istiliyi, zəngin təbiət rəsimləri, yumşaq sadə ağac tonları ilə marketri estetik gözəlliyi ilə cəlb edir və hər interyerə yaraşır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]