Naoko Takeuçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naoko Takeuçi
yap. 武内 直子
Doğum tarixi 15 mart 1967(1967-03-15)[1][2][…] (57 yaş)
Doğum yeri
Cinsi qadın[d][4]
Milliyyəti yapon
Həyat yoldaş(lar)ı
Uşaqları 2
Komiks fəaliyyəti
Sahəsi illüstrasiyaçı[d], manqaka, söz yazıçısı[d], komiks rəssamı, təbib
Əsas işləri
Mükafatları Kodanşa Manqa Mükafatı (1993)
Sayt sailormoon.channel.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu)yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır.

1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür.

Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.

Naoko Kofu İti liseyində təhsil almışdır.[6] O, dənizçi geyimi geyinərək astronomiyamanqa klublarına qatılmışdır.[7] Bu, daha sonra onun yazacağı "Seylor Mun""Sevgi səsi" manqalarına təsir göstərəcəkdir. Artıq bu dövrdə manqaka olmaq istəmişdir. Lakin Kendzi onun manqaka olmasını istəməmişdir, buna görə Naoko Kyoritsu Farmasiya Universitetinə daxil olmuşdur.

Universitetdən məzun olmuş və kimya üzrə dərəcə alaraq lisenziyalı əczaçı olmuşdur. Onun böyük dissertasiyası "Ultrasəslərə görə trombolitik fəaliyyətinin effektlərinin güclənməsi" adlanırdı.[8]

1987-1997: Erkən karyera və uğur

[redaktə | mənbəni redaktə et]

Manqaka olmazdan əvvəl Naoko universitetinin yanında yerləşən Şiba Daycinqu məbədində miko kimi işləmişdir. Bu təcrübəsi daha sonra "Seylor Mun" manqasının əsas personajlarından biri olan Seylor Marsı (Rey Hino)[9] yaratmağa ilham verəcəkdir. Belə ki, Rey Hino da məbəddə işləyir və yaşayır.

Kyoritsu Farmasiya Universitetini bitirdikdən sonra 19 yaşında Kodansya nəşriyyatı üçün "Love Call" adlı ilk manqasını yazaraq manqa dünyasına atılmışdır. Bu manqası daha sonra mükafata layiq görüləcəkdir. 1990-cı illərin əvvəllərindən ortalarına qədər "Nakayoshi" jurnalında yayımlanan "Maria" manqasını yazana qədər qısahəcmli əsərlər üzərində işləmişdir. O, bu işini dostu Marie Koizuminin köməyi ilə və "Atamın uzun ayaqları" romanının əsasında hazırlamışdır.

"Mariya" manqasından sonra "The Cherry Project" manqasını yazmağa başlamışdır. Bu manqa seriyası 1990-cı illərin sonlarından 1991-ci ilə qədər "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu manqa seriyasını yazarkən ağlına döyüşçü qızlar və kosmos haqqında manqa seriyası yazmaq gəlmişdir. Onun redaktoru Fumio Osano döyüşçü qızları dənizçi geyimində təsvir etməyi xahiş etmişdir. Bu konsepsiya əsasında "Codename: Sailor V" manqa seriyası üzərində işləməyə başlamışdır. Bu manqa seriyası isə "RunRun" jurnalında seriyalar şəklində yayımlanmışdır. Toei Animation manqa əsasında anime çəkmək fikrinə düşəndə Naoko yeni bir seriya yaratmaq qərarına gəlmişdir. Seylor V-ni Seylor Venera adı ilə "Seylor Mun" manqa seriyasına daxil etmiş, onunla yanaşı Seylor Mun, Seylor Merkuri, Seylor MarsSeylor Yupiter adlı yeni personajlar yaratmışdır.

1991-ci ilin dekabrında "Seylor Mun" "Nakayoshi" jurnalında nəşr olunmağa başlandıqdan sonra qısa müddət ərzində böyük məşhurluq qazanmışdır. Seriyaların qazandığı uğurdan cəsarətlənən Naoko "Seylor Mun""Codename: Sailor V" seriyaları üzərində 1997-ci ilə qədər işləmişdir.[10] 1997-ci ilin noyabrında "RunRun" jurnalında seriyaların nəşri dayandırılmışdır. "Codename: Sailor V"-nin anime adaptasiyasını çəkmək planı isə təxirə salınmışdır. 6 il müddətində Naoko "Seylor Mun" seriyasının 18 cilddə toplanmış 52 fəslini yazmışdır. Bundan başqa, manqanın uğurundan sonra iki anime, video oyunlar, teleseriallar hazırlanmışdır.

Seriyanın sonlarında "Nakayoshi" üçün "PQ Angels" üzərində işləməyə başlamışdır. Bu manqa seriyası da uğur qazanmışdır, lakin Kodansya əlyazmanın 7 səhifəsini itirdiyini açıqladıqdan sonra nəşri dayanmışdır. Naokonun dediyinə görə Toei Animation-da bu itirilmiş səhifələr var, buna görə də gələcəkdə manqanın anime adaptasiyasının hazırlanması mümkündür.[11]

Naoko Takeuçinin şəxsi studiyası "Princess Naoko Planning" (PNP) adlanır.

"PQ Angels" manqasının 7 səhifəsinin itməsinin ardından Osano Kodansyanı tərk etmiş və Materials Collection üçün planlar ləğv olunmuşdur.[11] Takeuçi isə Kodansyanı tərk edib Shueisha-ya keçmişdir.[11]

13 avqust 1998-ci ildə ABŞ-də San Diego Comic-Con International qurultayında 3 günlük çıxış etmişdir.[12] Həmin il Kodansyanı tərk etdikdən sonra üzərində işləməyə başladığı "Seylor Mun" bədii kitabı nəşr olunmuşdur. Bu kitab məhdud tirajla çap olunmuş kitab "Sailor Moon Infinity Collection Art Book" adlanırdı.

"Princess Naoko Takeuchi Back-to-Work Punch!!" adlı qısa komiks hekayəsi üzərində işləyərkən "Weekly Shōnen Jump" jurnalının manqakası Kazuşi Haqivaranın təşkil etdiyi görüşdə və Mequmi Okatanın[13][14] təşkil etdiyi görüşdə Yaşihiro Toqaşi ilə tanış olmuşdur. O, Toqaşi ilə "Hunter × Hunter" manqasının 1-ci cildinin hazırlanması üçün əməkdaşlıq etmişdir. Ehtiyacın gözlədiyindən daha çox olduğunu görən Takeuçi Shueiha-nı tərk etmişdir.

Bu zaman Naoko "Toki☆Meka" adlı manqa yazmaq fikrinə düşmüşdür, lakin adını daha sonra "Toki☆Meca" etmişdir.[15] Toqaşinin də buna bənzər fikri vardı, lakin həyata keçirə bilməmişdi. Toqaşi "Toki☆Meca"-nın 1-ci cildinin hazırlanmasında, ideanın inkişaf etdirilməsində, eskizlərin çəkilməsində Naokoya müəyyən dərəcədə kömək etmişdir.

1999-cu ildə Naoko Takeuçi ilə Yaşihiro Toqaşi evlənmişdirlər.[16] Naokonun 2001-ci ildə bir oğlu, 2009-cu ildə bir qızı olmuşdur.

Kodansyanın "Seylor Mun" üçün qoyduğu məhdudiyyətləri aradan qaldırdıqdan sonra Naoko nəşriyyata yenidən qayıdaraq Materials Collection-u nəşr etdirmişdir. O, "Sevgi sehrbazı" adlı manqası üzərində işləməyə başlamış, lakin nəşri ləğv olunmuşdur. Əvəzində "Seylor Mun""Codename: Sailor V" manqalarının təkrar nəşri işi üzərində işləməklə məşğul olmuşdur. Onun "Toki☆Meka" manqası "Nakayoshi" jurnalında nəşr olunmuşdur.[15]

2003-cü ildə "Seylor Mun" haqqında teleserial olan "Gözəl qoruyucu Seylor Mun"un çəkilməsi işlərində iştirak etmişdir. Naoko anime sahəsi ilə maraqlanırdı.

2004-cü ildə "Gözəl qoruyucu Seylor Mun" teleserialının yayımlanması dayandırıldıqdan sonra Naoko "Toki☆Meca" manqası üzərində işləməyə davam etmişdir. Manqanın nəşri zamanı Osano onunla yenə əməkdaşlıq etməyə başlamışdır. Naoko həmçinin kollec tələbələri ilə manqa haqqında müzakirələr aparmışdır.[17] Oğlunun ad günü hədiyyəsi kimi "Oboo-nu- to Chiboo-nu-" uşaq kitabını yazmışdır. İndiyə qədər Naoko anime və manqa haqqında olan sayt üzərində işləyir.[18]

2012-ci ildə "Seylor Mun"un yeni anime adaptasiyanın çəkiləcəyi açıqlanmışdır.[19] Naoko Takeuçi isə manqanın "Kanzenban" versiyası üzərində işləməyə başlamışdır. Osano tərəfindən açıqlanan yeni versiyada əvvəlki versiyanın səhvləri düzəldilmişdir.

İş İllər Məzmun
Chocolate Christmas (チョコレート·クリスマス, Chokorēto Kurisumasu?) 19871988 Milad bayramında bir DJ-yə aşiq olan qız haqqındadır. Manqa tankobon cildində yer almışdır.
Maria (ま·り·あ, Ma-ri-a?) 19891990 Hekayə əsasən 1912-ci ildə Cin Vebster tərəfindən yazılmış "Atamın uzun ayaqları" romanı əsasında yazılmışdır. Dostu Marie Koizumi tərəfindən düzəliş edilmiş versiyası çib buraxılışı şəklində 1994-cü ildə nəşr olunmuşdur.
The Cherry Project (Theチェリープロジェクト The Cherī Purojekuto) 19901991 Manqa 3 cilddən ibarətdir. Gənc konkisürən olan Albalı yarışda qalib gələrək sevdiyi oğlanın ürəyini qazanacağını düşünür. Seriya 1991-1992-ci illərdə Kodansya tərəfindən 3 cilddə nəşr olunmuşdur. Bu manqada yer alan personajlardan biri Haruna Sakurada "Seylor Mun" seriyasında da yer almışdır.
Codename: Sailor V (コードネームはセーラーV Kōdonēmu wa Sērā Bui) 19911997 Seriya döyüşçü geyimində döyüşən Seylor V adlı qız haqqındadır. Bu manqa seriyası daha sonra yazacağı "Seylor Mun" seriyası üçün ilham olacaqdır. Seriyanın baş qəhrəmanı olan Seylor V (Minako Ayno) isə Seylor Venera adı ilə "Seylor Mun" seriyasına daxil olacaqdır.
Seylor Mun (美少女戦士セーラームーン Bishōjo Senshi Sērā Mūn) 19921997 Naoko Takeuçinin ən tanınmış manqası olan "Seylor Mun" haqqında video oyunlar, animelər və teleseriallar hazırlanmışdır. Maxo-södzö və sentai janrlarında olan "Seylor Mun" əsl şəxsiyyətinin əslində Seylor Mun olduğunu, əvvəllər ölüb reinkarnasiya olduğunu öyrənən, digər Seylor döyüşçülərini tapıb onlarla birlikdə döyüşən məktəbli qız Usaqi Tsukino haqqındadır. 1990-cı illərdə manqa böyük məşhurluq qazanmışdır. Seriya 18 cilddən ibarətdir, 2003-2004-cü illərdə yeni formatda 12 cildi nəşr olunmuşdu. Əvvəlki işi olan "Codename: Sailor V"-dən bir personaj bu seriyada peyda olmuşdur.
Miss Rain (ミス·レイン Misu Rein) 1993 5 qısa manqadan ibarətdir.
Prism Time (プリズム·タイム Purizumu Taimu) 19961997 2 cildlik manqadır.
PQ Angels (PQエンジェルス PQ Enjerusu) 1997 İstədikləri zaman tarakana çevrilə bilən və öz şahzadələrinin axtarışında olan iki yadplanetli qız haqqındadır. Seriya Takeuçi üçün yaxşı bitməmişdir: cəmi 4 fəsildən sonra seriyanın nəşri dayandırılmışdır. Seriya sadəcə 1997-ci ilin sentyabr-dekabr aylarında çap olunmuşdur.
Princess Naoko Takeuchi's Return-to-Society Punch!! 19982004 "Seylor Mun" seriyasından sonra yazdığı qısa hekayələrdən ibarət kolleksiyadır.
Toki☆Meka! (とき☆メカ! Toki☆Meka!) 2001 Meka adlı robot və onun yaradıcısının başına gələn əhvalatlardan bəhs edir.
Love Witch (ラブ ウィッチ Rabu Witchi) 2002 Bir qızın sehrli parfüm butulkası əldə edib sehrbaz olması haqqındadır. Seriya "Nakayoshi" jurnalında 2002-ci ilin aprelindən iyununa qədər nəşr olunmuşdur. 2002-ci ilin sentyabrında əlavə hekayəsi yayımlanmışdır. Cəmi 3 fəsil davam etmişdir.
Toki☆Meca! (とき☆めか! Toki☆Meca!) 20052006

İllüstrasiyalar

[redaktə | mənbəni redaktə et]
  • Mermaid Panic 1-3-cü cildlər (Marie Koizumi tərəfindən yazılıb)
  • Atashi no Wagamama (Marie Koizumi tərəfindən yazılıb)
  • Zettai, Kore o Ubbatte Miseru (Marie Koizumi tərəfindən yazılıb)
  • Oboo-nu- to Chiboo-nu- (Yoşihiro Toqaşi)
    • Oğlunun ad günü hədiyyəsi kimi uşaq kitabı.

Mahnı sözləri

[redaktə | mənbəni redaktə et]
  • Ai wo Shinjiteru — Seylor Mun üçün mahnı.[20]
  • Chikara wo Awasete — Seylor Star Meyker üçün mahnı.
  • Ginga Ichi Mibun Chigai na Kataomoi — Seylor Star Fayter üçün mahnı.
  • Honoo no SogekimonoSeylor Mars üçün mahnı.
  • Initial USeylor Uran üçün mahnı
  • Katagoshi ni KinseiSeylor Venera üçün mahnı.
  • Kirari*SailorDream!"Gözəl qoruyucu Seylor Mun" teleserialı üçün musiqi.
  • Luna!— Luna üçün mahnı.
  • Mayonaka Hitori — Seylor Star Hiler üçün mahnı.
  • Over Rainbow Tour— Seylor Mun üçün mahnı.
  • Princess Moon— İkinci bağlanış mahnısı.
  • "Rashiku" Ikimasho — Seylor Mun Supers üçün mahnı.
  • Route VenusSeylor Venera üçün mahnı.
  • Sailor Star Song— Seylor Stars üçün mahnı.
  • Sailor Team no Theme
  • Senshi no OmoiSeylor Neptun üçün mahnı.
  • We Believe YouSeylor Yupiter üçün mahnı.

1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. "Seylor Mun" manqa seriyasına görə isə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür.[21]

  1. Naoko Takeuchi // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
  2. Naoko Takeuchi // BD Gest' (fr.).
  3. https://www.encyclopedia.com/arts/culture-magazines/takeuchi-naoko.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. https://conservancy.umn.edu/bitstream/handle/11299/166335/Takeuchi%2c%20Naoko.pdf?sequence=1&isAllowed=y.
  6. Glover, Alex. "The Manga of Takeuchi Naoko". March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2006.
  7. Obayashi, Ayano. "武内直子先生インタビューの要旨". October 6, 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 8, 2012.
  8. Glover, Alex. "The Manga of Takeuchi Naoko". March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2006.
  9. Takeuchi, Naoko. Rei-chan & Mako-chan Punch! // Bishōjo Senshi Sailor Moon shinsouban Volume 3. Kodansha. October 23, 2003. ISBN 4-06-334783-4.
  10. Takeuchi, Naoko. Liner Notes // Bishōjo Senshi Sailor Moon Shinsoban Volume 3. Kodansha. October 23, 2003. ISBN 4-06-334783-4. :"Run-Run, the magazine she was serialized in, went belly-up. The OVA they planned to put out never came out. She met a harsh fate. It's enough to make one sick. [Minako]: Where did Run-Run go? When is my video coming out?"
  11. 1 2 3 "Princess Takeuchi Naoko's Return-to-Society Punch!! Round 1". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
  12. "Naoko Takeuchi at the San Diego Comic Con!". Smile. Mixx Entertainment: 30–31. December 1998. (#accessdate_missing_url)
  13. "Princess Takeuchi Naoko's Return-to-Society Punch!! - Round 2". 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
  14. "Princess Takeuchi Naoko's Return-to-Society Punch!! - Round 2". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
  15. 1 2 Takeuchi, Naoko. Author Notes // Toki Meca Volume 1. Kodansha. August 23, 2005. ISBN 4-06-372061-6.
  16. "Sailor Moon's Takeuchi, Hunter X Hunter's Togashi Have 2nd Baby (Updated) - News". Anime News Network. 2009-12-24. 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
  17. "ひみつのお部屋". 2006-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-02-12.
  18. Bacon, Michelle. "Manga Style". July 7, 2007. 2006-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-10-01.
  19. "Kodansha USA Announces the Return of Sailor Moon". Press release. 2011-03-18. 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-18.
  20. Bacon, Michelle. "Sailormusic.net". 2007-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-28.
  21. Fox, Emily. "VG: Artist Biography: Takeuchi, Naoko". March 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]