Rahim Tağıyev
Rahim Tağıyev | |
---|---|
Rahim Qara oğlu Tağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1979 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 2016 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Gizir |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Rahim Tağıyev (10 noyabr 1979, Mingəçevir – 10 iyul 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi.
Həyatı və hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmışdır. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmişdir. Daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim Tağıyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev koma vəziyyətindən 3 ay 7 gün sonra, 10 iyul 2016-cı ildə müalicə aldığı xəstəxanada şəhid oldu.
Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Tağıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rahim Tağıyev Vüsalə xanım ilə ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb; Ülkər, Nihat və Nicat.
İrsi və xatirəsi
[redaktə | mənbəni redaktə et]2017-ci ildə ARB 24 kanalının dəstəyi ilə "Şəhidliyin Rahim Tağıyev zirvəsi" filmi çəkildi. Filmin həmin ilin noyabr ayında təqdimatı oldu.[1]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (2016) — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı (ölümündən sonra)[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ASGA "Şəhidliyin Rahim Tağıyev zirvəsi" filmini təqdim etdi– Mingəçevirdə+VİDEO". Azerbaijan Favorite News (mail.afn.az) ( (az.)). 08.11.2017. İstifadə tarixi: 28.03.2021.[ölü keçid]
- ↑ "Gizir Rahim Qara oğlu Tağıyev". zefer.az (az.). 10.07.2016. 2021-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.
- 10 noyabrda doğulanlar
- 1979-cu ildə doğulanlar
- Mingəçevirdə doğulanlar
- 10 iyulda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 36 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin gizirləri
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Aprel döyüşlərində həlak olanlar
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər