Raqif İsrayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Raqif İsrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1975(1975-03-11) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 3
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993-cü ildən
Rütbəsi Polkovnik
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Şuşanın azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2023 "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb.

1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib.

Ailəlidir, 2 qız, 1 oğlan övladı var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.

1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.

2000-ci il iyunun 25-dən 2004-cü il avqustun 11-nə kimi briqadanın mühəndis xidmət rəisi olub. 2001-ci il noyabrın 5-də hərbi hissənin ön mövqeyində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində ikinci dəfə yaralanıb.

2004-cü il avqustun 11-dən 2007-ci il mayın 1-nə kimi hərbi hissə komandirinin MTT üzrə müavini, 2007-ci il mayın 1-dən noyabrın 10-na kimi briqadanın əməliyyat bölmə rəisinin köməkçisi (mühəndis xidmətinin koordinatoru), 2007-ci il noyabrın 10-dan 2011-ci il sentyabrın 30-na kimi ordu korpusunun əməliyyat bölməsinin zabiti (mühəndis xidmətinin koordinatoru), sentyabrın 30-dan 2014-cü il fevralın 4-nə kimi ordu korpusunun əməliyyat bölməsinin zabiti (mühəndis xidmətinin koordinatoru), fevralın 4-dən 2014-cü il mayın 1-nə kimi ordu korpusunun əməliyyat şöbə rəisinin mühəndis xidməti üzrə baş köməkçisi, mayın 1-dən sentyabrın 20-nə kimi ordu korpusunun mühəndis xidməti rəisi, sentyabrın 20-dən 2016-cı il mayın 23-nə kimi briqadanın Qərargah rəisi-briqada komandirinin müavini, mayın 23-dən oktyabrın 24-nə kimi hərbi hava qüvvələrinin mühəndis xidməti rəisi, oktyabrın 24-dən 2017-ci dekabrın 29-na kimi hərbi hava qüvvələrinin Əməliyyat İdarəsinin mühəndis xidməti rəisi, dekabrın 29-dan 2021-ci il sentyabrın 15-nə kimi Mühəndis Qoşunları İdarəsinin Mühəndis silahlandırma vasitələri şöbəsinin rəisi vəzifəsində xidmət edib.

1 fevral 2019-cu il tarixində Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik kursuna daxil olub və həmin ilin iyun ayının 14-də həmin kursu bitirib.

2021-ci il sentyabrın 15-də Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. Fevralın 11-dən etibarən Azərbaycan Ordusu Təlim Tədris Mərkəzində baş müəllim kimi fəaliyyətinə davam edir.

Azərbaycan Respublikası müharibə veteranı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

İkinci Qarabağ Müharibəsi

[redaktə | mənbəni redaktə et]

Raqif İsrayılov Füzuli, Cəbrayıl, QubadlıZəngilan istiqamətində hücum edən qoşunların mühəndis təminatının təşkilinə, xüsusilə də, düşmənin artilleriya və aviasiya qüvvələrinin atəşi altında Həkəri çayı üzərində düşmən tərəfindən partladılmış körpülərin ətrafının partlayan maneələrdən təmizlənməsi, brod keçidləri və tank körpüquranlarından istifadə etməklə hərbi körpülərin hazırlanmasına rəhbərlik edib.

Düşmən tərəfindən partlayışa hazırlanmış 2 ədəd körpünün elektirik partlayış xəttini kəsərək zərərsizləşdirib.

Şuşa şəhərinin işğaldan azad edilməsi üçün düşmən artilleriyasının atəşləri altında keçilməz dağlıq və sıx meşəlik ərazilərdən Böyük Tağlar (Meştağlar) – ÇanaqçıSığnaq yolunun qısa müddətdə çəkilməsinə və qoşunların həmin yoldan keçirilməsinə rəhbərlik edib.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətini təmin etmək üçün sərt dağlıq və qarlı ərazilərdə Ömər aşırımından keçməklə mövcud düşmən tərəfindən minalanmış və dağıdılmış yolun bir hissəsinin mina və digər maneələrdən təmizlənərək bərpası və bərpa olunması mümkün olmayan hissələrdə isə yeni yolun çəkilməsinə rəhbərlik etmişdir.

Laçın rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətini təmin etmək üçün Güləbird – Laçın yolunun mina və partlamayan maneələrdən təmizlənməsi, yolun partladılmış hissəsinin bərpası, partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanmasına rəhbərlik edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Raqif İsrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

  1. 1 2 3 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29 dekabr 2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]