Sabah FK

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Sabah FK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Bayquşlar, Tələbələr
Rəng(lər) Qara-Çəhrayı
Yaranma tarixi 8 sentyabr 2017
Stadionu Bank Respublika Arena
Tutumu 13000
Prezidenti Maqsud Adıgözəlov
Baş məşqçisi Xorvatiya Krunoslav Renduliç
Liqa Azərbaycan Premyer Liqası
2023-24 3
Rəsmi saytı

Sabah FKMasazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir.

"Sabah" I Divizionda (2017–2018)

"Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub.

2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.

"Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.

2022-ci ilin dekabrında Murad Musayevin rəhbərlik etdiyi klub, "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edərək Azərbaycan Premyer Liqasında tarixinin ən böyükhesablı qələbəsini qazanıb.[1]

2022-23-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanaraq tarixində ilk dəfə avrokuboklara yollanıb.

2023-24-cü il mövsümü UEFA Avropa Konfrans Liqasının 2-ci mərhələsindən mübarizəyə başlayan Masazır təmsilçisi bu mərhələdə Latviyanın RFS komandası ilə qarşılaşıb.İlk oyun səfərdə 2-0 Sabahın qələbəsi ilə nəticələndi.Masazırdakı qarşılaşmada isə təmsilçimiz 2-1 qalib gələrək tur atladı.3-cü təsnifat mərhələsinin ilk oyununda Partizan Belqrad FK-nu 2-0 məğlub edərək ardıcıl 3-cü qələbəsini qazandı.Lakin səfərdə keçən dramatik matçda rəqib əsas vaxtı 0-2 bitən matçda penaltilər seriyasında qalib gələrək turu atlayan tərəf oldu.

2023-24-cü il mövsümü Azərbaycan Premyer Liqasını 3. yerdə tamamlayaraq yenidən avrokuboklarda iştirak etmək hüququ qazandı. Kubokda isə 1/4 finalda Qarabağ qarşısında mübarizəni dayandırdı.Burada alınan 7-1 lik məğlubiyyət klub tarixinin ən böyükhesablı məğlubiyyəti olub.[2]


Klubun loqosu və rəngləri

[redaktə | mənbəni redaktə et]

"Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir. Qalxan isə müdafiə əzminin, oyunda komandanın qapısının toxunulmazlığının ifadəsidir.

"Sabah"ın əsas rəngləri qara-çəhrayıdır.Çəhrayı rəng Masazır gölünün rəngini özündə əks etdirir.

Rəhbərlik və Müşahidə şurası

[redaktə | mənbəni redaktə et]

"Sabah" Futbol Klubunun təsisçisi "Bridge Group of Companies"-in rəhbəri Yaqub Hüseynovdur. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovdur.

Klubda Müşahidə Şurası (MŞ) da fəaliyyət göstərir. MŞ 5 üzvdən ibarətdir – Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar), Yaqub Hüseynov (sahibkar).

Müşahidə Şurasının sədri Firudin Qurbanovdur.[3]

Sabah FK Avropa Yarışlarında

[redaktə | mənbəni redaktə et]
  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

19 iyun 2024-cü il tarixində olan məlumat:

Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə
2023–24 UEFA Konfrans Liqası II təsnifat mərhələsi Latviya RFS 2–1 2–0 4–1
III təsnifat mərhələsi Serbiya Partizan Belqrad 2–0 0–2 2–2 (p. 4–5)
2024–25 UEFA Konfrans Liqası II təsnifat mərhələsi İsrail Makkabi Hayfa FK

Yarışlara görə

[redaktə | mənbəni redaktə et]
  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

19 iyun 2024-cü il tarixinə olan məlumat:

Sıra Turnir O Q H M Qollar
1 UEFA Çempionlar Liqası 0 0 0 0 0–0
2 UEFA Kuboku / UEFA Avropa Liqası 0 0 0 0 0–0
3 UEFA Konfrans Liqası 4 3 0 1 6–3
4 UEFA Kuboklar Kuboku 0 0 0 0 0–0
5 UEFA İntertoto Kuboku 0 0 0 0 0–0
- Cəmi 4 3 0 1 6–3

Klub geyim dəstində göy-ağ rənglərdən istifadə edir. "Sabah"ın əsas geyimi göy-ağ-göy, ehtiyat geyimi isə ağ-göy-ağ rəngdədir.

Klub I Divizionda çıxış etdiyi zaman İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. "Sabah" Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma"nı İtaliyanın "Macron" firmasıyla əvəzlədi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir.

Azərbaycan çempionatı

border=none Əsas məqalə: Bank Respublika Arena
Bank Respublika Arena

"Sabah" Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Bank Respublika Arena" 13 000 nəfər azarkeş tutumuna malikdir.


Stadionun oyun meydançası təbii ot örtüyünü ilə əhatə olunmuşdur. Stadionun ərzisində futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal ilə yanaşı, dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.

Sözügedən stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi etmişdir. "Sabah" Futbol Klubu yüksək liqada "Bank Respublika Arena"dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox azarkeş məhz bu stadionunda keçirilən "Sabah" FK — "Qarabağ" FK oyununda qeydə alınıb. 0:0 hesabı ilə nəticələnən görüşü 10000 nəfər tribunadan canlı izləyib.

Komandanın Heyəti

[redaktə | mənbəni redaktə et]

9 iyul 2024-cü il tarixində yenilənib.

Nömrə Ölkə Mövqeyi Futbolçu
2 Azərbaycan DF Amin Seydiyev
3 İspaniya DF Con İrasabal
4 Azərbaycan MF Elvin Camalov (Kapitan)
7 Bosniya və Herseqovina DF Boyan Letiç
8 Rusiya MF Ayaz Quliyev
9 Azərbaycan MF Anatoli Nuriyev
10 Azərbaycan FW Namiq Ələsgərov
1 Azərbaycan GK Yusif İmanov
40 Azərbaycan MF Rauf Rüstəmli
14 Əlcəzair FW İsak Belfodil
15 Xorvatiya MF İvan Lepinitsa
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Azərbaycan GK Rüstəm Samiqullin
17 Azərbaycan MF Tellur Mütəllimov
20 Almaniya FW Coy Lens Mikels
29 Serbiya FW Neqoş Kupusoviç
12 Lüksemburq MF Vinsan Til
22 Azərbaycan MF Seymur Məmmədov
27 Kürasao FW Jarl Marqarita
28 Yamayka FW Kahim Parris
70 Nigeriya FW Cessi Sekidika
94 Azərbaycan GK Nicat Mehbalıyev
18 Slovakiya FW Pavol Şafranko

Məşqçilər heyəti

[redaktə | mənbəni redaktə et]
Vəzifə Ad, soyad
Baş məşqçi Xorvatiya Krunoslav Renduliç
Baş məşqçinin birinci köməkçisi Xorvatiya Saşa Sabljak
Baş məşqçinin ikinci köməkçisi Azərbaycan Ruslan Qafitullin
Qapıçılar üzrə məşqçi Azərbaycan Vitali Kovalyov
Fiziki hazırlıq üzrə məşqçi Xorvatiya Domaqoy Periç
Əvəzedici heyətin baş məşqçisi Azərbaycan İlqar Mənsimov

"Sabah" Futbol Klubu "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. "Vətən" 1967-ci ildə uşaq və gənclər futbol məktəbi kimi təsis olunmuşdur. İlk illərində "Vətən" Futbol Məktəbinə Azərbaycanın futbol əfsanəsi Ələkbər Məmmədov rəhbərlik etmişdir. 26 dekabr 2007-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə məktəbin adı rəsmi olaraq "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olmuşdur.

"Vətən" Futbol Məktəbinin Bakı şəhərində yerləşən iki kampusu mövcuddur. Bu futbol məktəbində Bakı şəhərindən olanlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaq və yeniyetmələr də məşq edir. "Vətən" Futbol Məktəbinin futbolçularından ibarət komandalar mütəmadi olaraq xaricdə təşkil olunan beynəlxalq futbol turnirlərində çıxış etmək imkanı qazanırlar.

Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan "Vətən" RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.

  1. "Клуб российского тренера добился самой крупной победы в своей истории" (rus). az.sputniknews.ru. 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  2. ""Sabah" - "Qarabağ" 1:7 - Video". ARENA.AZ (az.). 2024-01-30. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  3. ""Sabah" futbol klubunun Müşahidə Şurası yaradılıb". Report İnformasiya Agentliyi (az.). 21 iyun 2020. 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2024.