Slovakiya Prezidenti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Slovakiya Prezidenti
Prezident Slovenskej republiky
Vəzifədədir
Zuzana Çaputova[1]
Başçılıq edir Slovakiya[2]
Vəzifənin təsis tarixi 1 yanvar 1993
Rəsmi saytı prezident.sk
prezident.sk/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1992-ci il iyulun 17-də Slovakiya Milli Şurası "Slovakiya millətinin dövlət müstəqilliyi haqqında" Bəyannaməni qəbul etdi. 1992-ci il sentyabrın 1-də isə Slovakiya Konstitusiyası qəbul edildi. Konstitusiyaya əsasən Slovakiya Prezidenti vəzifəsi təsis edildi. 1992-ci il iyunun 5-də və 6-da 150 nəfərdən ibarət olan Milli Şuranın qurulması üçün seçimlər baş tutdu. Seçimlərin nəticələrinə əsasən qurulan Milli Şura, iyunun 24-də Vladimir Meçiar Baş nazir vəzifəsinə seçdi. 1993-cü il yanvarın 1-də Slovakiya rəsmən dövlət müstəqilliyini elan etdi. Konstitusiyaya əsasən isə Slovakiya Prezidenti seçilənə qədər, onun bütün səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiara verildi.

Prezident seçimləri 1993-cü il yanvarın 26-da 1-ci turla, 27-də 2-ci turla, fevralın 15-də isə həlledici, 3-cü turla baş tutdu. Üç turdan ibarət olan seçimlərin nəticəsində Mixal Kovaç 5 il müddətinə Slovakiyanın Prezidenti seçildi. Onun andiçmə mərasimi martın 2-də baş tutdu. Mixal Kovaçın səlahiyyət müddəti 1998-ci il martın 2-də başa çatdı. Buna görədə 1998-ci il yanvarın 20-də Prezident seçimləri baş tutdu. Mixal Kovaç yenidən 5 il müddətinə Prezident seçilməməyi qərara aldı. Uzun müddət davam edən Prezident seçimlərinin nəticəsində bir nəfər belə 150 səsdən lazım olan 90 səsi toplaya bilmədi və dövlətdə böhran yaşandı. Martın 2-də səlahiyyət müddəti başa çatan Mixal Kovaçın səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiar verildi. Prezidentin seçimlərinin fonunda sentyabrın 25-də və 26-da Parlament seçimləri baş tutdu. Seçimlərin nəticərinə əsasən qurulan Milli Şura, noyabrın 1-də Miqulaş Dzurindanı Baş nazir vəzifəsinə seçdi. O, həm də parallel Prezidentində səlahiyyətlərini icra etməyə başladı. 1998-ci ilin son aylarında Milli Şura Prezidenti Parlamentin yox, vətəndaşların seçməsini məğbul hesab etdi. Mayın 15-də seçimlərin 1-ci turu, 28-də isə 2-ci turu baş tutdu. Nəticədə səslərin 57.20 faizini toplayan Rudolf Şuster 5 il müddətinə Slovakiya Prezidenti seçildi. Onun andiçmə mərasimi iyunun 15-də baş tutdu. Həmin gündən sonra, bütün Slovakiya Prezidentlərinin andiçmə mərasimnləri iyunun 15-də baş tutur.

Seçilmə qaydaları

[redaktə | mənbəni redaktə et]

Prezidentin səlahiyyət müddəti

[redaktə | mənbəni redaktə et]

Prezidentin andiçmə mərasimi

[redaktə | mənbəni redaktə et]

Prezidentin rəmzləri

[redaktə | mənbəni redaktə et]

Slovakiya Prezidentinin bayrağı

[redaktə | mənbəni redaktə et]

Prezidentin iqamətgahları

[redaktə | mənbəni redaktə et]
Prezidentin rəsmi iqamətgahı olan Qraşalqoviç Sarayı

Prezidentin rəsmi iqamətgahı Bratislava şəhərində yerləşən Qraşalqoviç Sarayıdır. Saray 1760-cı ildə Qraf Anton Qraşalqoviç tərəfindən inşa edilib. Sarayın memarı isə Andrey Mayerhofer idi.

Qraşalqoviç Sarayında 1993-cü ildən 1996-cı ilə qədər əsaslı yenidənqurma işləri aparıldı. Üç il davam edən işlərə 9.30 milyon avro vəsait xərclənildi.

Prezidentin Sarayda olduğu iş günlərində, Sarayın əsas girişində saat 8.00-da 18.00-a qədər Qarovulun dayanır. Qarovulun növbə dəyişimi 60 dəqiqədə bir dəfə baş tutur.

Prezidentin rəsmi iqamətgahı olan Qraşalqoviç Sarayında il ərzində bir dəfə açıq qapı günü baş tutur. Bu gün dövlət Prezidentlərinin andiçmə mərasimlərinin baş tutduğu 15 iyundur.

Prezidentlərin siyahısı

[redaktə | mənbəni redaktə et]
Slovakiya Prezidentləri
Sıra
Prezident
(doğum—vəfat illəri)
Portret
Səlahiyyət müddəti
Müddət
Gəldiyi tarix
Getdiyi tarix
s. i.
Vladimir Meçiar
(1942—)
1 yanvar 1993
2 mart 1993
2 ay
Konstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər
Prezidentin səlahiyyətlərini icra edib
1.
Mixal Kovaç
(1930–2016)
2 mart 1993
2 mart 1998
5 il
1993-cü il fevralın 15-də baş tutan seçimlərdə 106 səs topladı
s. i.
Vladimir Meçiar
(1942—)
2 mart 1998
1 noyabr 1998
8 ay
Konstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər
Prezidentin səlahiyyətlərini icra edib
s. i.
Miqulaş Dzurinda
(1955—)
1 noyabr 1998
15 iyun 1999
7 ay 15 gün
Konstitusiyaya əsasən Baş nazir, Prezident seçimlərinə qədər
Prezidentin səlahiyyətlərini icra edib
2.
Rudolf Şuster
(1934—)
15 iyun 1999
15 iyun 2004
5 il
1999-cu il mayın 30-da baş tutan seçimlərdə səslərin 58,18 % topladı
3.
İvan Qaşparoviç
(1941—)
15 iyun 2004
15 iyun 2009
5 il
2004-cü il aprelin 17-də baş tutan seçimlərdə səslərin 60,00 % topladı
15 iyun 2009
15 iyun 2014
5 il
2009-cu il aprelin 4-də baş tutan seçimlərdə səslərin 55,54 % topladı
4.
Andrey Kisqa
(1964—)
15 iyun 2014
15 iyun 2019
5 il
2014-cü il martın 30-da baş tutan seçimlərdə səslərin 60,40 % topladı
5.
Zuzana Çaputova
(1974—)
15 iyun 2019
hal-hazırda
15 iyun 2024
5 il
2019-cu il martın 30-da baş tutan seçimlərdə səslərin 40,80 % topladı
  •     Partiyasız

Prezidentlərin müddəti

[redaktə | mənbəni redaktə et]
  1. Orviská V., Kováč P. Kiska odovzdal palác novej prezidentke Čaputovej (minúta po minúte) (alm.). // SME Petit Press, 2019. ISSN 1335-440X; 1335-4418
  2. Slovensko. Prezident (2014- : Kiska) // Çex Milli Hakimiyyət Məlumat bazası (çeş.).

П:  Slovakiya portalı