Soylu Atalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Soylu Atalı
Talıblı Zülfüqar Qara oğlu
Doğum tarixi 13 yanvar 1966(1966-01-13) (58 yaş)
Doğum yeri
Milliyyəti türk
Təhsili
İxtisası Sənayе və mülki tikinti
Fəaliyyəti Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist

Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist.

Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur.

1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir.

1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur.

1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar.

Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır.

Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur.

O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir. Soylu Atalı Azərbaycanın 40-a yaxın rayonunda görüşlər keçirmiş, Asif Atanın Amalını gənclər, ziyalılar, sadə insanlar arasında izhar etmişdir.

Azərbaycanın əksər mətbu orqanlarında çıxışları ilə tanınır.

Səkkiz kitabın, 1000-ə yaxın məqalə və araşdırmaların, ictimai-siyasi, bədii-fəlsəfi tənqidi əsərlərin müəllifidir.

Ailəlidir, üç övladı var.

  • "İnamçı harayı". "Adiloğlu" nəşriyyatı, Bakı, 2007 – 224 səh.
  • "İnam sorağında". "Adiloğlu" nəşriyyatı, Bakı, 2008 – 105 səh.
  • "İnsanlığın İnam Yolu". "Elm və təhsil", Bakı, 2013 – 380 səh.
  • "Kəpənəkçi — Ulu Elim". "Elm və təhsil", Bakı, 2015 – 44 səh.
  • "Talıflı Soyumuz". "Elm və təhsil", Bakı, 2017 – 116 səh.
  • "Söz İşığı". "Elm və təhsil", Bakı, 2020 – 416 səh.
  • "Düşünməyin İnam Ölçüsü" (1-ci cild). "Elm və təhsil", Bakı, 2022 – 392 səh.
  • "Sözün Doğrusu". "Elm və təhsil", Bakı, 2022 – 356 səh.
  • "Azadlıq Harayı"
  • "Müstəqilliyindən əziyyət çəkən xalq"
  • "Türkçülük və Güney Azərbaycan"
  • "Qlobal oyunların içimizdəki təzahürü"
  • "Ziyalı xalqsızlığı"
  • "Türkçülük və Zaman"
  • "Uluyurd Hərəkatı yaranmalıdır"
  • "Millətçilik yeganə çıxış yoludur"
  • "Ləyaqət Yönü"
  • "Beynəlxalqçılıq antibəşəriliyi"
  • "İdeologiya Yadlığı"
  • "Qəriblik Ruhsuzluğu"
  • "Oyunlardan ayılmaq"
  • "Millət – Tarixdən üstün olanda var olur"
  • "Türkün güzəşt limiti bitib"
  • "İnsanlığın demokratiya problemi"
  • "Yadlığa yarınmağın milli fəlakəti"
  • "Ulusal Faciəviliyin antiinisani siyasi kökləri"
  • "Siyasi dərdimiz – Uluyurd hərəkatı"
  • "Dünyalaşan yurd" və s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]