Stefan Nemanya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stefan Nemanya
Studenitsa monastırının Allahın anası kilsəsində freska. 1568. Böyük jupan çar tacı ilə təsvir olunub, amma əynindəki rahib paltarıdır. O, əlində tikdiyi məbəd modelini tutub.
Studenitsa monastırının Allahın anası kilsəsində freska. 1568. Böyük jupan çar tacı ilə təsvir olunub, amma əynindəki rahib paltarıdır. O, əlində tikdiyi məbəd modelini tutub.
1168 – 1196
ƏvvəlkiTixomir Zavidoviç
SonrakıStefan Prvovençani
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1113[1] və ya 1114[2]
Vəfat tarixi 13 fevral 1199(1199-02-13)
Dəfn yeri
Fəaliyyəti rəhbər, hərbi lider[d]
Atası Zavida
Anası Anna Nemaniç
Uşaqları
Ailəsi Nemaniçlər
Dini ortodoks xristianlıqSerb Pravoslav Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Stefan Nemanya (təq. 1113[1] və ya 1114[2]13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi.

Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, ZahumyeNeretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi.

Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə StudenitsaHilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi.

1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.

Serb Pravoslav Kilsəsi tərəfindən müqəddəs Simeon Mirotoçivı adı verildi.