Valeri Çitçyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valeri Çitçyan
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1956(1956-02-14)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1995(1995-11-14) (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik-leytenant
Döyüşlər
Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
2-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan)

Valeri İsaakoviç Çitçyan (erm. Վալերի Իսահակի Չիթչյան; 14 fevral 1956, Çaykənd, Xanlar rayonu14 noyabr 1995, Yelenovka) — Ermənistan hərbçisi, Sovet Ordusunda mayor, Ermənistan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri.

Valeri Çitçyan 14 fevral 1956-cı ildə Azərbaycan SSR-nin Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi iştirakçısı olub, iki dəfə "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir.

Çitçyan məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. Elə həmin il SSRİ Silahlı Qüvvələrinin Uzaq Şərq Hərbi Dairəsində xidmətə daxil olmuşdur.

Qarabağ hərəkatı başlayandan sonra Dağlıq Qarabağa getmiş və 366-cı motoatıcı alayın komandiri təyin edilmişdir. O, bu dövrdə Xocalı soyqırımının təşkilatçılarından biri olmuşdur.[1] 1992-ci ilin sentyabr–oktyabr aylarında Müdafiə Ordusu Baş Qərargah rəisinin müavini olmuşdur. 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin şərq qrupunun, 1993–1994-cü illərdə isə ayrıca briqadanın qərargah rəisi olmuşdur. 1994-cü ildə N saylı hərbi hissənin motoatıcı alayının komandiri təyin edilmişdir. 1992–1994-cü illərdə Ermənistanın cənub-şərq sərhədlərinin özünümüdafiə hərbi əməliyyatlarında iştirak etmişdir. Şuşanın işğalında rol oynamış, XankəndiŞuşa istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir.[2]

14 noyabvr 1995-ci ildə Göyçə şossesində avtomobil qəzasında həlak olmuşdur. Ölümündən sonra Ermənistan və DQR-nin 2-ci dərəcəli "Döyüş xaçı" və "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilmişdir. O, Yerablur panteonunda dəfn olunmuşdur.

  1. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. "9 մայիսի 1992 թ.` Շուշին ազատագրված է". 2016-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]