Xəzər İsayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəzər İsayev
Xəzər Ağaəli oğlu İsayev
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 1 fevral 1963(1963-02-01) (61 yaş)
Doğum yeri
Təhsili
Çəkisi 62 kq
İdman növü idman güləşi[d], sərbəst güləş

Xəzər Ağaəli oğlu İsayev (1 fevral 1963, Ağdaş) — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,[1] Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru,[2] Gömrük xidməti Polkovniki[2]

1 fevral 1963-ci ildə Ağdaş rayonunda anadan olub.

1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.

"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.

  • 1985 — SSRİ Kuboku (Bakı)- I yer;
  • 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer;
  • Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer;
  • Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer;
  • Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer);
  • 1987 — SSRİ çempionatı — I yer;
  • Avropa çempionatı (Bolqarıstan) — I yer;
  • Dünya Kuboku (ABŞ) — I yer;
  • 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.

1990-cı ildə Rafiq Yüzbaşov tərəfindən Xəzər İsayevə həsr olunmuş Çempion adlı qısametrajlı sənədli film çəkilmişdir.

  1. "Xəzər İsayev: "Avropa Oyunlarında 22-dən çox medal əldə etmək imkanımız var"". apa.az (az.). Azəri Press Agentliyi. 16 iyun 2015. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2021.
  2. 1 2 "Xəzər Ağəli oğlu İsayev". customs.gov.az (az.). Dövlət Gömrük Komitəsi. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2021.