Yunis Şəkərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yunis Şəkərov
Şəxsi məlumatlar
Digər adı Yunis Xəzərli
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Əyyub qəbiristanlığı
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Zaqafqaziya Komissarlığı (1917-1918)
Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1950)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1917-1950
Rütbəsi Albay
Döyüşlər Göyçay döyüşü (1918)
Ağsu döyüşü (1918)
Şamaxı döyüşü (1918)
Bakı döyüşü (1918)
Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Gəncə üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)
Təltifləri

Yunis Şəkərov və ya Yunis XəzərliAzərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Zəngəzur döyüşlərində, Aprel işağlından sonra işğala qarşı baş tutmuş GəncəQarabağ üsyanlarında iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Yunis Şəkərov 1893-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Tiflisdə hərbi məktəbə daxil olub. 1917-ci ildə hərbi məktəbi bitirib[1].

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya Komissarlığında

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə hərbi məktəbi bitirdikdən sonra Müsəlman Korpusunun piyada alayında taqım komandiri kimi xidmət etməyə başlayıb[1].

Azərbaycan Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

Müsəlman Korpusu Gəncəyə köçürüldükdən sonra 1918-ci ildə burada yaradılmış Əlahiddə Azərbaycan Korpusunda xidmətini davam etdirib. Bir müddət Qafqaz İslam Ordusunun qərargahında poçt-teleqraf məmuru kimi xidmət edib. 1918-ci il iyun ayında V Qafqaz diviziyasının 13-cü piyada alayının 1-ci bölüyünə taqım komandiri təyin olunur. Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə xidmət etdiyi bölüyün komandiri təyin edilir. 1920-ci ildə atıcı taborun komandiri kimi Zəngəzur döyüşlərinə qatılıb. Daha sonra Ağdam Mərkəz Komandanlığına təyin edilib[1].

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra ölkəni tərk edərək, Türkiyəyə mühacirət edib[2].

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[3]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar[4]. Bura çatan Qarabağ Atlı Alayı XII Tümənin tabeliyinə verildi. Daha sonra isə alay IX Piyada Tüməninin tərkibində Qars uğrunda gedən döyüşlərdə iştirak etdi. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı[5].

Yunis Şəkərov da Türkiyəyə gəldikdən sonra digər azərbaycanlı silahdaşları ilə birlikdə Türkiyə İstiqlaliyyət Savaşında iştirak edib[6]. Qarsın azad olunması uğrunda döyüşüb.[7]. 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[8]. Daha sonra Türkiyənin Gürcüstandakı səfirliyinə ezam olunub. Burada miralay Kazım Dirəkin tabeliyində kəşfiyat xidmətində çalışır. Türkiyə İstiqlaliyyət Savaşından sonra göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib. Müharibədən sonra Qars, Ankara va Konyada hərbi xidmətdə olub. Şeyx Səid, Hazo, Haco, Dersim, Çapaqçur üsyanlarının yatırılmasında iştirak edib. 1930-cu ildə baş vermiş Ağrı üsyanının yatırılmasında II taborun VII bölüyünün komandiri kimi iştirak edib[2].

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[9] sonra özünə "Xəzərli" soyadını götürüb.

1935-ci ildə Göksun hərbi komissarlığında, 1941-ci ildə diviziya əsgərlik dairəsi qərargahında xidmət edib. Bir müddət Kırşəhərin hərbi komissarı vəzifəsini icra edib. Daha sonra Hadimköy 32-ci Alay Komandanlığına təyin olunub. 1949-cu ildə Uşak, Muş şöbə və dairə başqanlığı, 1950-ci ilda isə Kurtalan Konak Komutanlığından albay rütbəsi ilə[10] taqaüdə çıxıb[2].

Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib[11]. Seçkilər nəticəsində Oruc Vurğun, Həsən Xəzər, Saleh Gəncə, Füsun Odoğlu, Nuri Muğan, Əhməd Cəfəroğlu, Vəli Orkun, Məhəmmədəli Eldəgəz, Özər Yalçınqaya və Yunis Xəzərli idarə heyətinə üzv seçiliblər[12].

1965-ci il aprelin 5-də İstanbulda dünyasını dəyişib. Hərbi mərasimlə Əyyub Sultan məzarlığında dəfn edilib[2].

Gəncədə yaşayan Şəkəroğulları nəslindəndir. Atası Məmməd bəy, anası isə Gövhər xanım olub[1].

Yunis Şəkərov 1923-cü ildə Səadət xanımla ailə qurub. Bu evlilikdən Merfua, Oral, Baykal, Ümran adlı övladları dünyaya gəlib[2].

  1. 1 2 3 4 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 133. ISBN 978-9952-5513-4-1.
  2. 1 2 3 4 5 6 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 135. ISBN 978-9952-5513-4-1.
  3. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  4. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  5. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  6. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 198. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  7. Rizvan Buntürk. "Türkiyə Cümhuriyyəti Ordu generalı, Qarabağlı — Firudin bəy Daryal" (az.). millikimlik.az. 2020-12-20. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  8. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  9. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  10. Orxan Cəbrayıl. "Azərbaycanın 12 generalı, 46 polkovniki güllələndi..." (az.). axar.az. 2017-08-30. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  11. Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  12. Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 168. 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.