Məzmuna keç

Qai Korneli Tasit

Qai Korneli Tasit
Doğum tarixi b.e. 54, naməlum dəyər
Doğum yeri Gallia Narbonensis
Vəfat tarixi 120
Vəfat yeri Roma imperiyası
Vikipediya məqaləsi

Qay Korneli Tasit (55–120) — Roma tarixçisi , senator, konsul.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl və sağlam düşüncə liderin xüsusiyyətləridir.
  • Atalarınızı və nəslinizi düşünün.

B[redaktə]

Bu günlərin nadir bəxti budur ki, insan bəyəndiyini düşünüb, düşündüyünü söyləyə bilər.
  • Bir ölkə nə qədər çox korrupsiyaya uğrayırsa, bir o qədər çox qanunlar qəbul edir.
  • Böhtana məhəl qoymasan, öləcək.
  • Bu günlərin nadir bəxti budur ki, insan bəyəndiyini düşünüb, düşündüyünü söyləyə bilər.
  • Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar.
  • Bu xalq (ermənilər) tutduğu mövqeyə və qəlbindəki qəzəbə görə əsrlər boyu etibarsız xalq olub.

D[redaktə]

  • Dağıtmağa, qırmağa, saxta titullarla qəsb etməyə imperiya deyirlər, səhra halına saldıqları yerə isə sülh deyirlər.

Ə[redaktə]

  • Ən pis nifrət qohumların nifrətidir.

H[redaktə]

  • Hakimiyyət ehtirasları bütün ehtirasların ən dəhşətlisidir.

X[redaktə]

İ[redaktə]

  • İnsanlar şərin haqqını ödəməyə daha çox hazırdırlar, nəinki minnətdarlığın, axı minnətdarlıq — yük, qisas isə həzzdir.[1]

K[redaktə]

  • Kiməsə meyilli olduğumuz andan hər şeyi onun xeyrinə şərh edirik.

Q[redaktə]

  • Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar.
  • Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar.
  • Qəzəb ağlın həqiqəti görməsinə mane olur.
  • Qızıl və sərvət müharibələrin əsas səbəbləridir.

M[redaktə]

  • Məntiq və mühakimə yaxşı liderin səciyyəvi xüsusiyyətləridir.
  • Məşq bacarıq yaradır.

N[redaktə]

  • Namuslu ölüm rüsvayçı həyatdan yaxşıdır.
  • Nə qədər ki, dünyada insanlar var, qüsular da olacaq.
  • Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.

P[redaktə]

  • Pis bir sülh, müharibədən daha bərbaddır.

R[redaktə]

  • Romalılar kiçik və bədbəxt xalqları sevirlər.

S[redaktə]

  • Sakit köləlikdən təhlükəli azadlığa üstünlük verirəm.
  • Satın alınan sədaqət həmişə şübhəlidir və uzun müddət ona arxalanmaq olmaz.
  • Satqın hökumətin qanunları da satqın olur.

Ş[redaktə]

  • Şərəfli bir ölüm, şərəfsiz bir ömürdən daha yaxşıdır.

Y[redaktə]

  • Yalançı kimi ad çıxarmamağa çalış, hərçənd bu gün belə olmadan yaşamaq da çətindir. Sənin ən böyük hiyləgərliyin, öz hiyləgərliyini üzə vurmamaqdan ibarət olmalıdır.[2]
  • Yalnız axmaqlar özbaşınalığa azadlıq deyirlər.
  • Yaramaz hökumətin çıxardığı qanunlar da yaramaz olur.[3]

Z[redaktə]

  • Zövq nə qədər nadirdirsə, bir o qədər xoşdur.

İstinadlar[redaktə]

  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.25
  2. Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.31
  3. Aforizmlər. Bakı, 2013. səh.32.