ASMR

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Avtonom emosional meridian cavab (ing. autonomous sensory meridian response; Abr: ASMR),[1][2][3] və ya beyin relaksı, beyin istirahəti, onurğa qıcıqlanması, beyin masajıendorfin təmin edən və rahatlaşdırıcı təsir göstərən bir səs növüdür.[4] Bu növ videolara yatmaq və ya istirahət etmək üçün baxırlar.[5][6]

Xüsusilə internet mədəniyyətində mühüm yeri olan və adətən ASMR olaraq adlandırılan bu səs növü müxtəlif YouTube istifadəçiləri tərəfindən xüsusi olaraq hazırlanmış müxtəlif video kanallarında yayımlanır.[7] Əsasən yuxu, meditasiya və ya istirahət məqsədləri ilə dinlənilən bu tip səs növündə, ümumiyyətlə, pıçıltılı danışıqlar müşahidə olunur. Pıçıltı ilə danışmaqla yanaşı, ümumiyyətlə danışmamaq və yumşaq tonda danışıq videoları da mövcuddur. Danışıq olmayan videolarda yalnız yuxu gətirən və ya rahatlaşdıran səslərdən istifadə edilir.[8]

2007 və 2010-cu illər arasında istifadə edilən və təklif edilən adların və terminlərin bir çoxu orqazma istinad etsə də, bu müddət ərzində bir çoxları ASMR-nin eyforik və rahatlaşdırıcı təbiətinin cinsi oyanmadan fərqləndirilməsinin lazım olduğu fikrini müdafiə etmişdirlər.[9] ASMR-nin seksuallıq üçün nəzərdə tutulmadığı iddia edilsə də, ASMR ilə erotik videolar hazırlayanlar vardır.[10][11]

ASMR-nin ilk tərəfdarları onun cinsi xəbərdarlıq ilə heç bir əlaqəsinin olmadığı qənaətinə gəlmişdirlər. 2010-cu ildə təşkil edilmiş onlayn forumda iştirak edən Cennifer Allen bu növün "AUTONOMOUS SENSORY MERIDIAN RESPONSE (ASMR)", yəni "Avtonom Emosional Meridian Cavab" kimi adlandırılmasını təklif etmişdir. ASMR abreviaturasının izahı belədir:[12]

  • Avtonom — Özünü idarə edən. Muxtar.
  • Emosional — emosiyalara əsaslanan, emosiyalarla əlaqədar.
  • Meridian — Zirvə, kulminasiya.
  • Cavab — Xarici və daxili qıcıqlandırıcılara verilmiş cavab.

Allen 2016-cı ildə vermiş olduğu müsahibə zamanı bu terminləri qəsdən seçdiyini təsdiqləmişdir.[13] Onları seçməsinin səbəbini isə alternativ terminlərdən daha obyektiv və tibbi terminlər olması ilə izah etmişdir. Bu müsahibəsi zamanı Allen meridian sözünü orqazm sözünün əvəzinə seçdiyini bildirmiş və meridianı "ən yüksək inkişaf, ən böyük rifah və ya buna oxşar olan bir nöqtə" kimi müəyyən etmişdir.[13][14]

border=none Əsas məqalə: Paresteziya
ASMR-ın qıcıqlandırma emosiyasının nümunəsi[4]

ASMR hissini və qavrayışını yüngül bir elektrik cərəyanına və beynin uyuşmasına oxşadırlar.[8][15][16] Bədəndə paresteziya olaraq adlandırılan qıcıqlanma hissi baş, kürək və çiyin nahiyələrində hiss olunur.[17] Bu hiss insanda yuxunun gəlməsinə və insanın rahatlaşmasına səbəb olan bir hissdir.[18][19]

ASMR bədənə əsasən müəyyən "impulslar" (qıcıqlandırıcılar) vasitəsilə təsir göstərir.[4][8] ASMR impulslarına gündəlik həyatda rast gəlmək mümkündür.[20] ASMR müntəzəm olaraq müəyyən bir səslər və şəkillər tərəfindən impulslanır.[8][21] Bu cür mühitlər xüsusi olaraq ASMR-nı qıcıqlandırmaq üçün hazırlana və ya başqa məqsədlər üçün yaradıla bilər.[22]

ASMR impulslarından bəziləri;[23]

  • Pıçıltı ilə danışmaq
  • Yumşaq səs tonunda danışmaq
  • Kitab və ya jurnal vərəqləmək
  • Yemək hazırlamaq səsləri
  • Yemək, içmək, dişləmək və çeynəmək səsləri
  • Diqqət cəlb etmək
  • Plastik, metal, kağız, ağac və s. ilə çıxarılan tıqqıltı səsi
  • Əl jestləri
  • Bəzi musiqi növləri
  • Nəfəs və üfürmə səsləri
  • Ağız səsləri

2017-ci ildə həyata keçirilmiş olan bir anket nəticəsində məlum olmuşdur ki, səssiz və yavaş templi videolar daha effektivdir[24][25]

  1. Marsden, Rhodri (20 July 2012), "'Maria spends 20 minutes folding towels': Why millions are mesmerised by ASMR videos" Arxivləşdirilib 27 may 2020 at the Wayback Machine, The Independent.
  2. McKinney, Kelsey (13 April 2017), "These Mesmerizing, Satisfying Slime Videos Are the Internet's New Obsession" Arxivləşdirilib 19 may 2020 at the Wayback Machine, Intelligencer (website).
  3. Rajan, Amol (23 April 2019), "ASMR is now mainstream" Arxivləşdirilib 13 may 2020 at the Wayback Machine, BBC.
  4. 1 2 3 Barratt, Emma L.; Davis, Nick J. "Autonomous Sensory Meridian Response (ASMR): a flow-like mental state". PeerJ. 3. 2015: e851. doi:10.7717/peerj.851. ISSN 2167-8359. PMC 4380153. PMID 25834771.
  5. Simner, Julia; və b. "Synaesthesia: the prevalence of atypical cross-modal experiences" (PDF). Perception. 35 (8). 2006: 1024–1033. doi:10.1068/p5469. PMID 17076063. 12 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2023.
  6. Banissy, Michael J.; və b. "Synesthesia: an introduction". Frontiers in Psychology. 5 (1414). 15 December 2014: 1414. doi:10.3389/fpsyg.2014.01414. PMC 4265978. PMID 25566110.
  7. Kovacevich, Alexsandra; Huron, David. "Two Studies of Autonomous Sensory Meridian Response (ASMR): The Relationship between ASMR and Music-Induced Frisson". Empirical Musicology Review (ingilis). 13 (1–2). 2019-01-17: 39–63. doi:10.18061/emr.v13i1-2.6012. ISSN 1559-5749. 22 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2023.
  8. 1 2 3 4 Ahuja, Nitin K. "'It feels good to be measured': clinical role-play, Walker Percy, and the tingles". Perspectives in Biology and Medicine. 56 (3). 2013: 442–451. doi:10.1353/pbm.2013.0022. PMID 24375123.
  9. Overton, Emma (22 October 2012). 'That funny feeling' Arxivləşdirilib 7 oktyabr 2019 at the Wayback Machine. The McGill Daily. Retrieved 8 October 2019.
  10. Lindsay, Kathryn. "Inside the Sensual World of ASMRotica". Vice (magazine). Broadly. 15 August 2015. 8 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2016.
  11. Bronte, Georgia. "How ASMR purists got into a turf war over porn". Vice (magazine). 17 December 2015. 23 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2016.
  12. Keiles, Jamie Lauren. "How A.S.M.R. Became a Sensation". The New York Times (ingilis). 2019-04-04. ISSN 0362-4331. 16 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  13. 1 2 Richard, Craig. "Interview with Jennifer Allen, the woman who coined the term, 'Autonomous Sensory Meridian Response' (ASMR)". ASMR University. 17 May 2016. 17 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  14. Meridian // Dictionary.com. 5 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2019.
  15. Hostler TJ, Poerio GL, Blakey E. "Still More Than a Feeling: Commentary on Cash et al., "Expectancy Effects in the Autonomous Sensory Meridian Response" and Recommendations for Measurement in Future ASMR Research" (PDF). Multisens Res (Review). 32 (6). January 2019: 521–531. doi:10.1163/22134808-20191366. PMID 31128572. 2 June 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2023.
  16. Smith, Stephen D.; Katherine Fredborg, Beverley; Kornelsen, Jennifer. "An examination of the default mode network in individuals with autonomous sensory meridian response (ASMR)". Social Neuroscience. 12 (4). 31 May 2016: 361–365. doi:10.1080/17470919.2016.1188851. PMID 27196787.
  17. Tihanyi, Benedek T.; Ferentzi, Eszter; Beissner, Florian; Köteles, Ferenc. "The neuropsychophysiology of tingling". Consciousness and Cognition. 58. 1 February 2018: 97–110. doi:10.1016/j.concog.2017.10.015. ISSN 1053-8100. PMID 29096941.
  18. O'Connell, Mark (12 February 2013). The Soft Bulletins. 'Could a one-hour video of someone whispering and brushing her hair change your life?' Arxivləşdirilib 22 sentyabr 2018 at the Wayback Machine Slate (magazine)|. Retrieved 8 October 2019.
  19. Manduley, Aida (February 2013). 'Intimate with strangers' Arxivləşdirilib 3 sentyabr 2020 at the Wayback Machine, #24MAG, Issue 4, pp 60–61; Retrieved 8 October 2019.
  20. "From Super Bowl Ad To YouTube Videos, ASMR Is Giving People Tingles". WBUR. 3 July 2019. İstifadə tarixi: 2024-03-21.
  21. Fairyington, Stephanie. "Rustle, Tingle, Relax: The Compelling World of ASMR" (Blog). The New York Times. 28 July 2014. 10 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2016.
  22. Cox, Carolyn. "Brain Orgasms, Spidey Sense, and Bob Ross: A Look Inside The World Of ASMR". Dan Abrams. 2 September 2014. 8 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2016.
  23. Barratt, EL; Spence, C; Davis, NJ. "Sensory determinants of the autonomous sensory meridian response (ASMR): understanding the triggers". PeerJ. 5. 2017: e3846. doi:10.7717/peerj.3846. PMC 5633022. PMID 29018601.
  24. Lopez, German. "ASMR, explained: why millions of people are watching YouTube videos of someone whispering". Vox (ingilis). 2015-07-15. 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-08.
  25. "Are you a tinglehead? The weird world of ASMR". CNN. 2 February 2022. İstifadə tarixi: 2024-03-21.