Ankilozavrlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ankilozavrlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ankilozavrlar
Beynəlxalq elmi adı

Ankilozavrlar, zirehli dinozavrlar (Ancylosauria) – quşçanaqlı dinozavrlar dəstəsi. 2 fəsiləsi, 25-dən artıq cinsi, 30-adək növü var. Avropanın Yuxarı Yura və Təbaşir, Şimali AmerikaMərkəzi Asiyanın, AvstraliyaAntarktidanın Təbaşir çöküntülərindən məlumdur. Rusiyada Amur vilayətinin Təbaşir çöküntülərində aşkar edilmişdir. Bədəninin uzunluğu 2 m-dən 9 m-ədək olmuşdur. Ankilozavrların enli bədəni üstdən lövhələr və ya tikanlar şəklində sümüklərlə (osteodermalar) örtülmüş, bəzi növlərində bunlar bel qurşağı ilə birləşmişdir. Ətrafları qısa və böyükdür. Kəlləsi nisbətən kiçikdir. Çanağın qasıq sümükləri reduksiyaya uğramışdır. Bitkiyeyən quru heyvanları olmuşlar.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 507. ISBN 978-9952-441-02-4.