Bərzəx

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Panama bərzəxi
Karel bərzəxi
Süveyş bərzəxi

Bərzəx[1][2](ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalıPanama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır:

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Lider nəşriyyat", 2004, səh. 85
  2. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2006, səh. 286

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]