Byarni Heryolfsson

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Byarni Heryolfsson
Doğum tarixi 966
Doğum yeri
Vəfat tarixi X əsr
Fəaliyyəti tədqiqatçı-səyyah[d]

Byarni Heryolfsson (966, İslandiyaX əsr) — 986-cı ildə gördüyü Amerika qitəsinin ilk məlum avropalı kəşfçisi olduğu güman edilən Norman-İsland kəşfiyyatçısı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Byarni, Bardi Heryolfssonun ( q.skan. Bárði) oğlu Heryolfr və Thorgerdrin ( q.skan. Þorgerðr) oğlu olaraq İslandiyadada doğulub Yetkinlik illərində Byarni ticarət gəmisinə kapitanlıq etməyə başladı. O Norveçdə yaşayır, lakin hər yay Qrenlandiyada atasını ziyarət edirdi. [1]

Amerikanın kəşfi

[redaktə | mənbəni redaktə et]

Byarninin Şimali Amerikanı görən ilk avropalı olduğuna inanılır. Qrenlendinqa Saqasında ( Grenlanders Saga ) deyilir ki, bir il o, həmişəki kimi valideynlərini ziyarət etmək üçün İslandiyaya getdi, ancaq atasının Kürən Erik ilə Qrenlandiyaya getdiyini gördü. Beləliklə, o, dəstəsini götürüb onu tapmaq üçün yola düşdü. 986-cı ilin həmin yayında nə xəritəsi, nə də kompası olan Bjarni fırtına zamanı saparaq düzgün istiqamətdən kənara düşdü. Onlar bir müddətdən sonra bir torpaq parçası gördülər, hansı ki bura Qrenlandiya deyildi. Heyət üzvləri qğaclar və dağlarla örtülən sahilə çıxmaq istəsələr də dayanıb ətrafa baxmaqdan imtina etdi. Onun heyətindən heç kim əvvəllər Qrenlandiyaya getmədiyi üçün onu axtarmalı oldular. [2] O, öz kursunu bərpa edə bilsə də, qərbə doğru bir qədər aralıda meşələrlə örtülmüş alçaq təpələri gördüyünü bildirdi. Torpaq qonaqpərvər görünürdü, lakin Bjarni valideynlərini görmək üçün Qrenlandiyaya çatmağa can atırdı və yeni torpaqları kəşf etmədi. Nəhayət Qrenlandiyaya gələrək, atası ilə Herjolfsnesdə məskunlaşmaq qərarına gəldi. O, Qrenlandiyadakı tapıntılarını bildirdi, lakin Bjarni atasının ölümündən sonra Norveçə qayıdana qədər heç kim onlara maraq göstərmədi. [3]

  1. "Bjarni Herjólfsson". Bing (ingilis). İstifadə tarixi: 2024-05-10.
  2. Sullivan, Steve & Stephen Krensky. (1991) Who Really Discovered America?, Hastingshouse/Daytrips Publ. p. 36. ISBN 0-8038-9306-XISBN 0-8038-9306-X.
  3. (1997) The Encyclopedia of American Facts and Dates 10th Edition, Collins. ISBN 0-06-270192-4ISBN 0-06-270192-4.