Culian Assanj

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Culian Assanj
ing. Julian Paul Assange
Doğum tarixi 3 iyul 1971(1971-07-03)[1][2][…] (53 yaş)
Doğum yeri
Milliyyəti avstraliyalı
Təhsili
Fəaliyyəti internet aktivisti, haker, proqramçı, informatik, televiziya prodüseri[d], telerejissor, yazıçı, jurnalist, aparıcı, iş adamı, informator, televiziya aparıcısı
Fəaliyyət illəri 1987-ci ildən
Partiyası
Mükafatları Amnesty International UK Media Awards 2009
Sam Adams Award 2010
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[1][2][…], Taunsvil[d], Kvinslend[4]) — Avstraliya internet jurnalisti, aktivist, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır.

Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub.[5]

2006-cı ildə VikiLeaks saytını yaratmışdır. Assanc doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu VikiLeaksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanc özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanc tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanc da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assancın həbsinə qərar verdi.[6] 1 dekabr tarixində Assanc Londona gəldi və İsveç İnterpol vasitəsilə onun barəsində beynəlxalq axtarış elan etdi. Assanc 7 dekabr 2010-cu ildə İngiltərədə polisə təslim olaraq həbs edilsə də, 10 gün sonra zaminə buraxıldı. 2012-ci ilin iyununda Assanc İngilitərədə bütün məhkəmə instansiyalarındakı iddialarını uduzduqdan sonra Ekvadorun Birləşmiş Krallıqdakı səfirliyində sığınacaq aldı.[7]

7 il səfirlikdə qalan Assanjı 11 aprel 2019-cu ildə Ekvadorun Birləşmiş Krallıqdakı səfirinin dəvəti ilə ingilis polisi səfirliyin içində həbs etmişdir.[8]

Həbsdən azad olunması

[redaktə | mənbəni redaktə et]

24 iyun 2024-cü ildə İngiltərəUelsin Ali Məhkəməsi Culianı zaminə həbsdən buraxdı. Azadlığa çıxan kimi o, dərhal Avstraliyaya uçdu.[9] Bundan əvvəl ABŞ-ın Şimali Marian Adaları Federal Dairə Məhkəməsi Assanjın təqsirini qismən etiraf edə biləcəyinə dair sənəd dərc etmişdi.[10] 26 iyun 2024-cü ildə Saypan adasında məhkəmə iclası keçirildi, orada Assanj əvvəllər çəkdiyi həbs cəzası müqabilində casusluqda günahını etiraf etdi və iş rəsmi olaraq bağlandı.[11]

  1. 1 2 Julian Assange // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Julian Assange // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. 1 2 https://www.forbes.com/sites/andygreenberg/2012/09/14/an-excerpt-from-this-machine-kills-secrets-the-education-of-julian-assange/#5cc13b20b585.
  4. 1 2 http://www.smh.com.au/technology/technology-news/assange-wanted-by-us-for-espionage-offences-20101208-18ouj.html.
  5. "Джулиан Ассанж: чем известен основатель портала WikiLeaks - Коммерсантъ". www.kommersant.ru. İstifadə tarixi: 2024-07-12.
  6. "Основатель WikiLeaks Джулиан Ассанж - герой или преступник? – DW – 10.12.2021". dw.com (rus). İstifadə tarixi: 2024-07-12.
  7. "Джулиан Ассанж: борец за правду или безответственный авантюрист?". BBC News Русская служба (rus). 2019-04-11. İstifadə tarixi: 2024-07-12.
  8. "Arxivlənmiş surət". 2019-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Джулиан Ассанж на свободе". euronews (rus). 2024-06-25. İstifadə tarixi: 2024-07-12.
  10. "Ассанж освободился из британской тюрьмы и покинул Великобританию на самолете". TACC (rus). İstifadə tarixi: 2024-07-12.
  11. Cole, Evan Perez, Devan. "Julian Assange agrees to plea deal with Biden administration that will allow him to avoid imprisonment in US | CNN Politics". CNN (ingilis). 2024-06-24. İstifadə tarixi: 2024-07-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]