II Əhməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Əhməd
احمد ثانى
22 iyun 1691 – 6 fevral 1695
ƏvvəlkiII Süleyman
SonrakıII Mustafa
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1643(1643-02-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 6 fevral 1695(1695-02-06)[1][2] (51 yaşında)
Vəfat yeri
Dəfn yeri Sultan Süleyman türbəsi
Fəaliyyəti suveren[d]
Atası İbrahim
Anası Xədicə Müəzzəz Sultan
Həyat yoldaşı
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643[1][2], Konstantinopol6 fevral 1695[1][2], Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir.

Şahzadəlik dönəmi

[redaktə | mənbəni redaktə et]

I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcəfarsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi.

Hakimiyyət illəri

[redaktə | mənbəni redaktə et]

Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi. Döyüşün ilk anlarında zəfər ümid edilsə də, sədrəzəmin döyüş meydanında şəhid olmasının ardından ordu geri çəkildi və Salankamen döyüşündə Osmanlılar məğlub oldu.

Salankamen məğlubiyyətindən sonra Lipva və Varat qalaları da itirildi. 1693-cü ildə Avstriyalılar, Ərdəl üzərindən Əflaq və Boğdana təkrar hücuma başladılar. Yanova ərazisini işğal edən düşmən qüvvələri, Belqradı mühasirəyə aldılar. Ancaq Sədrəzəm Bozoxlu Mustafa Paşa sürətlə gələrək Yanovanı geri aldı və Belqradı mühasirədən xilas etdi. Osmanlı ordusunun qismən müvəffəqiyyətlərinə baxmayaraq Avstriyalıların hücumları davam edirdi. Bu sırada Osmanlıların toparlanmasına imkan vermək istəməyən Venesiyalılar da davamlı hücum halında idilər. Sərdar-ı əkrəm Varadin mühasirəsindəykən, Malta, FlorensiyaPapa gəmilərindən ibarət bir Venesiya donanması Saqqız adasını işğal etdi. Bu xəbər Sultan Əhmədi çox mütəəssir etdi. Padşah, bu kədərini sədrəzəm Sürməli Əli Paşaya göndərdiyi xətti-hümayunda "Madam ki, Saqqız düşmən əlindədir, bütün Engürüs (Macarıstan) məmləkətini fəth etsən qəbulum deyil." şəklində bildirmişdir.. Ayrıca sədrəzəm Ədirnəyə gələndə "Əgər bu qış Saqqız adası geri alınmazsa, bütün rəislərin kəlləsini alaram." deyərək əmrini vermişdir.

Bu əmr üzərinə 1695-ci ilin ilk günlərində İstanbuldan hərəkət edən Osmanlı donanması Hüseyn Paşanın böyük qəhrəmanlığı sayəsində Saqqız boğazındakı Qoyun adaları mövqeyində Venesiya donanmasına böyük itki verdi. Venesiyalı admiral, gəmisiylə birlikdə sulara basdırıldı. Qoyun adaları zəfərindən sonra, türk donanması Saqqız adasına əsgər çıxardı. Ancaq Sultan Əhməd Saqqız adasının fəth xəbərini ala bilmədən əlli iki yaşında Ədirnədə həyata gözlərini yumdu (6 fevral 1695).

Çox mərhəmətli və cəsarətli olan Əhməd xəstə olduğu zamanlarda belə, dövlət işlərindən əsla əl çəkməzdi. Zaman zaman paltarını dəyişdirərək xalq arasında dolaşır, insanların dərdlərini səbirlə dinlər, çarə tapılması üçün lazımlı yerlərə əmrlər verirdi. Islamiyyətə xidmət barəsində dərin bir məsuliyyət hissi içində hərəkət edərdi. Taxta çıxdığı zaman söylədiyi; "Mən səltənətə talib deyildim. Allah-ü Təala fəzl-ı kərəmindən bu aciz quluna nəsib etdi. Bu nemətin şükrünü əda edə bilmərəm." şəklində sözləri onun necə mənəvi bir məsuliyyətlə dövlət rəisliyini qəbul etdiyini izah edir və millətinə xidmət duyğusunun dərinliyini göstərir. Sultan Əhməd, bir məsələ haqqında uzun uzun düşündükdən və bilənlərlə müşavirə etdikdən sonra qərar verirdi. Sənətkarları qoruyur, onlara dəyər verir, daha yaxşıya və daha gözələ yönəlməsi üçün çalışırdı. Xəttat olub, xətti gözəl idi. Quran-ı Kərimlərin yanında başqa kitabları da yazaraq çoxaldırdı. Eyni zamanda şair olan Sultan Əhmədin qəbri Qanuni Sultan Süleyman türbəsinin içərisindədir.

  • Ayşə Hasəki Sultan
  • Rabiyə Sultan
  • Şahəstə Xanım
  • Yerəmiyə Sultan

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Ahmed II. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  2. 1 2 3 4 Brozović D., Ladan T. Ahmed II. // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  • Râşid, Târih, II, 162, 237–238, 255–256, 268–269, 270–274, 288;
  • Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât, İstanbul 1327, III, 8–11;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 591;
  • Abdülkadir Özcan, Defterdar Sarı Mehmed Paşa-Zübde-i Vekāyiât, Tahlil ve Metin (doktora tezi, 1979), İÜ Ed. Fak., Tarih Semineri Kitaplığı, nr. 3276;
  • a.mlf., "Defterdar Sarı Mehmed Paşa’nın Mâlî Bazı Görüş ve Faaliyetleri", GDAAD, sy. 10–11 (1983), s. 239–248;
  • Mehmet Genç, "Osmanlı Mâliyesinde Mâlikâne Sistemi", Türkiye İktisat Tarihi Semineri Metinler/Tartışmalar, Ankara 1975, s. 231–258;
  • M. Cavid Baysun, "Ahmed II", İA, I, 164–165;
  • R. Ekrem Koçu, "Ali Paşa", İA, I, 342–343;
  • B. Kütükoğlu, "Varadin", İA, XIII, 203–206;
  • R. Mantran, "Ahmad II", EI² (İng.), I, 268.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Əhməd
Doğum: 25 fevral 1643 Vəfat: 6 fevral 1695
Hakimiyyət titulları
Sələfləri 
II Süleyman

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

22 iyun 1691-6 fevral 1695
Xələfləri 
II Mustafa
Sünni İslam titulları
Sələfləri 
II Süleyman

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Mustafa