Musiqiçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Musiqiçi —1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi;2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan.

Musiqiçilər təkbaşına və ya qrup, qrup və ya orkestrin tərkibində çıxış edə bilərlər. Musiqiçilər bir musiqi janrında ixtisaslaşa bilərlər, baxmayaraq ki, çox sayda musiqiçi mədəniyyətlərdən və mənşəyindən asılı olaraq müxtəlif üslubları ifa edir.

Musiqiçinin müəyyən fəaliyyət məkanı olur:

  • Aranjimançı—Hazır musiqi əsərini hansısa alətdə ifa etmək üçün uyğunlaşdıran və ona müəyyən ritm və improvizə elementləri əlavə edən şəxs. Fortepiano üçün aranjiman.
  • Vokalist — solo oxuyan musiqiçi;
  • Dirijor — orkestdə və ya xorda rəhbər şəxs;
  • İnstrumentalçı — akademik musiqidə ifacı adlanır;
  • Bəstəkar — musiqi bəstələyən şəxs.

Bəzən rəqslə məşğul olan şəxsləri də musiqiçilərə aid edirlər.

Azərbaycan musiqiçisi

[redaktə | mənbəni redaktə et]

90-cı illərdən başlayaraq müxtəlif səbəblərdən xaricə xeyli Azərbaycan musiqiçisi getmişdi. Musiqiçilər gedişlərini əsaslandırmağa çalışdılar. Yaradıcı adamlar müstəqil şəkildə özlərinin yaradıcılıq potensialını inkişaf etdirmək, tutalım, xarici ölkələrdə daha böyük uğurlar qazanmaq məqsədilə, həm də o dövrdə güzəran problemlərini həll etmək üçün Azərbaycandan getmişdilər.[1]

Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır. 1906-cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman səhmdar cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış onlarca val buraxmışlar.

Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərində, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutmuşdur.

XX yüzilliyin 90-cı illərindən başlayaraq Azərbaycan muğam sənəti dünyanın hər yerində dinləyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayır. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskləri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.[2]

  1. ""Pianoçu Bəstəkarlar İttifaqının üzvü ola bilməz"". 2015-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-18.
  2. Muğam ifaçılığı mədəniyyəti

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]