Pərgar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Pərgar (lat. circulusdairə, çevrə) — çevrə və çevrə qövslərinin çertyojunu çəkmək, həmçinin xəritələrdə məsafələrin təyini üçün istifadə edilən alət. Həndəsə, rəsmxət, naviqasiya və başqa sahələrdə üçün geniş istifadə edilir.

Pərgar metaldan hazırlanır və şarnirlə birləşdirilmiş iki hissədən ibarətdir. Adətən onlardan birinin sonunda iynə, o birinin sonunda — yazı predmeti (məsələn karandaş qrifeli) yerləşir.