Trafalqar meydanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Trafalqar meydanı
Trafalgar Square
Ümumi məlumatlar
Ölkə
Şəhər Vestminster borosu
metro Çerinq Kross
Şərəfinə adlandırılıb Trafalqar döyüşü

Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.

Meydan öz indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə almışdır. Əvvəlki adı "Kral IV Vilyam Meydanı" olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılmışdır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Meydanın mərkəzində aşağıdan dörd aslan heykəli ilə əhatələnmiş və yuxarısında admiral Horatsio Nelsonun heykəli olan 51 metr hündürlüyündəki Nelson sütunu yerləşir. Sütunun ətrafında iki böyük fəvvarə vardır.

Dördüncü postament

[redaktə | mənbəni redaktə et]

1841-ci ildə meydanın künclərində 4 postament yerləşdirildi. Onlardan üçü Britaniya dövlət xadimlərinin heykəlləri ilə bəzədildi. Dördüncü postamentdə kral IV Vilyamın atlı heykəlini yerləşdirmək nəzərdə tutulsa da vəsait çatışmazlığı səbəbindən bu baş tutmadı. 1858-ci ildə postamentə vaksinasiyanı kəşf edən alim Edvard Yennerin əsasən ictimai ianələr hesabına yaradılan heykəli yerləşdirildi.

Lakin o dövrdə çoxluq təşkil edən vaksinasiya əleyhdarlarının etirazları nəticəsində 4 ildən sonra heykəl buradan götürülərək Kensinqton bağlarına köçürüldü. Boş qalan postamentdə kimin heykəlini yerləşdirmək barəsində ortaq razılıq əldə olunmadığı üçün o bu yaxınlaradək boş qalırdı. 1999-cu ildən başlayaraq Kral İncəsənət Cəmiyyətinin təşəbbüsü ilə postamentdə müasir incəsənət ustalarının işləri sərgilənməyə başladı.

Trafalqar meydanı həm də siyasi nümayişlər və ictimai toplantılar üçün istifadə edilir. Hər il Milad bayramı münasibətilə qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8 may 1945-ci ildə məhz bu meydanda Vinston Çörçil müttəfiqlərin İkinci dünya müharibəsində Almaniya üzərində qələbə çalması barədə xəbər vermişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]